Vəhdət konfransından sonra ADF-nin fəaliyyətinə bir baxış

Abdulla Əmir Haşimi (Cavanşir) - Publisist

Söhbət 1960-cı ildə Azərbaycan Demokrat Firqəsinin İran Xalq Partiyasına (Tudə) məcburi
birləşdirilməsi ilə başa çatan tədbirdən gedir. Ona görə bunu vurğulayırıq ki , əslində Moskvanın
və Tudə rəhbərliyinin əksər Firqə üzvlərinin razılığı olmadan reallaşan bu aksiyanın ,tarixi səhvin
aradan qaldırılması üçün təşkilatımıza on illəri itirmək lazim gəldi. Kənardan elə görünürdü ki
,sanki ADF deyilən bir partiya yoxdur, sadəcə Tudənin əl-qolu bağlı Azərbaycan təşkilatı var.
Onun da fəaliyyəti qətiyyən diqqəti çəkmir.
Bəs əslində vəziyyət necə idi? İllərin və hadisələrin canli şahidi kimi bundan danışmaq
istəyirəm. Çünki Firqənin fəaliyyəti ölkə daxilində bir gün də dayanmayıb. Düzdür,Vəhdət
konfransından sonra ideoloji baryellər istər -istəməz Firqənin, Azərbaycan xalqının milli
hüquqlar uğrunda mübarizəsinə ,ümumiyyətlə fəaliyyətnə mənfi təsirlərini göstərməyə bilməzdi.
Xalqın yaddaşında S.C. Pişəvəri və onun silahdaşlarının yaratdıqları möhtəşəm partiyanın
ideoloji təməlləri,proqram sənədləri yaşayırdı. Onlar bütün İran və Azərbaycan mühitinin
tələblərinə cavab verən həmin sənədlərin həyatiliyini bir illik Milli Hökumət dövründə əyani
görmüş, bəhrəsini dadmışdılar. Bu baxımdan ölkə sakinlərinə yeni ideologiyanı təhmil etmək
qətiyyən məqbul sayıla bilməzdi. Hər halda bu xalq hərəkətsiz dayanmağı da özünə rəva
bilməzdi.Xalqımızın demokratik hüquqları uğrunda mübarizəsi geniş vüsət aldı.Çünki İranı
diktatura ,qəddar Pəhləvi rejimi idarə edirdi. Güc birlikdə olduğundan partiyalar arasında “Vahid
Antidiktatura Cəbhəsinin” yaranması günün tələbi idi.
Bundan əlavə ,konfrans” ın soyuq müharibə”nin gərgin vaxtlarına təsadüf etməsi , müəyyən
şərtləri ortaya çıxartmışdı.Şərtlərdən biri bu idi ki ,Tudə partiyasının ücüncü qurultayına qədər
onun Mərkəzi Komitəsində Firqənin həmişə yeddi nəfər üzvü olmali idi. Firqə Azərbaycanın
yeganə milli – siyasi təşkilatı kimi tanınmalıydı. Lakin bu baş vermədi . Sinfi ideologiyaya
əsaslanan bir partiya SSRİ-nin dağılması ilə eyni taleyi yaşadı. 1992- ci ildə(1371) Firqə İran
Tudə Partiyasının üçüncü qurultayına qatılmadı, bununla Vəhdət Konfransının təyinatları
avtomatik ləğv edildi.
Qeyd edək ki, Vəhdət Konfransı İran hüdudlarından kənarda baş vermişdi. Bu hadisə Firqə
həyatında mühüm rol oynasa da və hətta onu iflic vəsiyyətinə salsa da , ölkə daxilində təsirləri
bir o qədər güclü duyulmurdu. Firqəçilər öz işlərində idilər. Firqə tərəfdarları ölkə daxilində mobil
qruplar şəkilində təşkilatlarını yaradıb 1960 -cı ildən sonra da diktaturaya qarşı , imkan
çərçivəsində mübarizəni ardıcıl surətdə davam etdirirdilər.
İstərdik həmin qrup və təşkilatlardan bir qismini adın çəkək. Bunlara “Əyyub Kaləntəri, Əli
Kolahi, Əli Əzimi, Zahtabi, Cavad Furuği “nin adları ilə tanınan qrupu, “Zülfüqari, Bilal,Məşədi
Bayram”,”Əliqulu , Əmirbadur”, “Bulut Qaraçorlu , Məmmədəli Fərzanə”, “Yəhya Şeyda”,
“Çərxrçi” ,”ictimaiyyun-amiyyun” qruplarını və başqarını ehtiramla xatırlayırıq. Əlbətə, müştərək
fəaliyyət göstərən , tərkibində Firqə -Tudə tərəfdarları olan qrupların da adların çəkmək
mümkündür. Onlar 1979-cü il inqilabınadək fəaliyyətlərini davam etdiriblər.
Nəhayət şah ölkəni tərk etməyə məcbur oldu. Zindanlardan çıxdıq. İnqilab zəfər çaldı və biz
dərhal Təbrizdə Fiqənin igamətgahlarını açdıq. Səfərxan Qəhrəmani zindandan birbaşa
mübarizə meydanına atıldı. Firqə rəhbərlərinin mühacirətdən Təbrizə gəlmələri fəaliyyəti daha
da canlandırdı. ADF-nin orqanı “Azərbaycan” qazetini Təbrizdə buraxdıq. Firqənin
mühacirətdə olan Mərkəzi Komitəsinin üzvlərindən sədr müavini Ənuşirəvan İbrahimi,Seyidağa
Ovnullahi, Məhəmməd Hüseyn Xuşkenabi, Taği Musəvi, Mirvahab əfğəm, Məhəmməd Əli Fərid,
Məhəmmədəli Müciri, Fəqih ,İrandoxt İbrahimi,Fridun Kazimi və başqaları ilə çiyin-çiyinə
mübarizə apardıq.
İnqilab ərəfəsində Təbrizdə firqəçi yoldaşlarımızla məhəllələrdə və fabriklərdə Şuralar qurduq
və fəhlə sinifi içərisində Sinkikalar təşkil etdik. “Fabrikdə nə xəbər “ adlı gündəlik bulleten
buraxdıq. “Yoldaş” və “ Dədə qorqud” jurnaları Firqənin təəssübkeşləri tərəfindən işıq üzü
gördü. 300 -dən artıq üzvü olan Azərbaycan Şair və Yazıçılar Cəmiyyətini yaratdıq .
Bu yarım leqal dövrdə fəaliyyətimiz 4 ildən artıq çəkmədi. Firqə yenidən basqılara məruz qaldı.
3000- dən çox firqə təşkilatının üzvü həbs olundu. Fiqənin sədr müavini Ənuşirəvan İbrahimi ,
aktivlərdən Rəsul Əmiri, Məhəmməd Hüseyn Əmirhaşimi, Məhəmməd Hüseyn Qədəmgahi ,
Mirvahab Əfğəm oldürüldü. Bir çoxları yenidən mühacirət etməyə məcbur oldu. Digərlərimiz
üçün yenidən çətin dövr başlandı. Lakin az çəkmədi Firqənin yenidən mobil qrupları, təşkilatları
yarandı . “21 Azər”,” Səttarxan” ,”Heydər Əmoğlu” , ”Cavidan” , ”Sərriyə” qrupları və ” Firqə
tərəfdarı” təşkilatlarının adlarını çəkmək mümkündür.
Fəaliyyətimizin davamında məhbusların azadlığı, konstitusiyanın 15 , 19 -cü və digər
maddəlrinin tətbiqi , İran- İraq müharibəsinin dayandırılması , İnsan Hüquqları Komissiyasının
başçısi Qalindopola məhbusların azadlığı üçün məktublar və imza toplanması, digər məsələlər
gündəlik diqqətimizdə dayanırdı. Eyni zamanda “Azərbaycan” qazeti və jurnalının ölkə daxilində
çoxaldılıb yayılması, mədəni fəaliyyətlər , milli dildə kitabların nəşri , şəhidlərin xatirə
mərsasimlərinin keçirilməsi , şair və yazıçılarmızın yubileylərinin,ədəbi-bədii gecələrin təşkili
,dağçı qruları yaradıb gəzintilərin tərtibi kimi fəaliyyətləri misal göstərmək mümkündür.
1992-ci ildə Firqənin ölkə hüdudlarından kənarda passiv həyatı ilə rastlaşanda hamımız
kədərləndik. Ona görə Avropaya üz tutduq.Qoca qitədə Firqəni tanıtmaq üçün çoxsaylı
seminarlar təşkil etdik , beynalxalq təşkilatlarla görüşlər keçirdik , “21 Azər Hərəkatı” barədə ,
Milli Hökümətimiz,, mədəniyyətimiz, ana dilimiz, Urmu gölünün qurumasının qarşısının alınması
haqqında saysız- hesabsız aksiyalar həyata keçirdik. Firqə şəhidləri barədə sənədləri ,
Azərbaycanın ustanlara bölünməsi və şəhərlərinin ,kəndlərinin , çayların və dağların adlarının
dəyişdirilməsinə etiraz məktublar göndərdik. Təbii ki , hələ görülməli işlər çoxdur.

 

 

Şərhlər bağlıdır.