ADF-sədrinin sayın Nərgiz xanım əfəndi Məhəmmədiyə təbrik məktubu

 

ADF-sədrinin sayın Nərgiz xanım əfəndi
Məhəmmədiyə təbrik məktubu:
Hörmətli Nərgiz Məhəmmədi! Sizi dərin sayqılarla salamlayaraq, məhbus olduğunuzdan çox üzgünük.Bİz Azərbaycan Demokrat Firqəsi olaraq ,yaxşı bilirik ki məhbus Nərgiz Safie Məhəmmədi 2023-cü il Nobel Sülh Mükafatı laureatına layıq görünübdür. Siz, “İranda qadınların zülmünə qarşı mübarizəsinə, hamı üçün insan haqları və azadlığının təşviqi uğrunda apardığınız mübarizəyə görə bu ada layiq görülübsünüz.Bizim üçün fəxr edicidir ki,
Nərgiz xanım Safie Məhəmmədi 21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində doğulub, boya-başa çatıb və təhsiliniz fizika sahəsinə bitirməsinə baxmayaraq, müstəqil nəşrlər üçün köşə yazıları yazıb və Şirin xanım Ebadinin təsis etdiyi insan haqları mərkəzinin mətbuat katibliyində çalışmısınız..
1998-ci ildən başlayaraq bir neçə dəfə həbs olunursunuz, 2016-cı ildə , ölüm hökmünün ləğvini müdafiə edən insan haqları hərəkatına rəhbərlik etdiyiniz üçün “qanunsuz qrup təşkil etmək”, “milli təhlükəsizliyə qarşı sui-qəsd”, “düşmənçilik təbliğatı” ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum olursunuz. Siz, beş dəfə mühakimə olunaraq, ədalətsizcə ümumilikdə 31 il həbs və 154 şallaq zərbəsi cəzasına məhkum edilisiniz.2020-ci ildə azadlığa buraxılıb, lakin 2021-ci ilin sonunda yenidən həbs edilimisin.

2021-ci ilin mayında İran Cinayət Məcəlləsinin 500-cü maddəsi (“düşmənçilik təbliğatı”) ilə yenədə ədaləsizcə 30 ay həbs, 80 şallaq və cərimə cəzasına məhkum edilisiniz. Hazırda təəsüflə Tehranın Evin həbsxanasında saxlanırsiniz. 2023-cü ilin avqustunda, həbsdə olarkən İran həbsxanalarında zorakılıq halları ilə bağlı BMT nümayəndələrinə müsahibələr verib və rəsmi müraciətlər yazdıgınıza görə sizin cəzanızı artırdılar.
2023-cü ilin dekabrında sizə verilən Nobel mükafat, Osloda sizin övladlarınız, 17 yaşlı əkizlər Kianə və Əli Rəhmana təqdim edildi.
Bu münasibətlə, Azərbaycan xalqının ləyaqətli və mübariz qızı Nərgiz Məhəmmədini, Azərbaycan qadınlarını və bütün Azərbaycan xalqını təbrik edirik.
Dərin ehtiramla,
Azərbaycan Demokrat Firqəsinin Sədri:
Rəhim Hüseynzadə

Şərhlər bağlıdır.