“Mədəniyyət” qəzeti Təbrizdə Mətbuat üfüqümüzdə yeni bir ulduz-Sahir

 

“Mədəniyyət” qəzeti Təbrizdə
Mətbuat üfüqümüzdə yeni bir ulduz
Neçə gün əvvəl qızıl xəttlə müzəyyən olan (bəzədilmiş – red.) “Mədəniyyət”
qəzeti əlimə keçdi. Mən onu çox şövq və maraqla oxudum. Onda olan
məhəbbət rəngi və tanış səslər məni mütəəssir etdi.
“Mədəniyyt” qəzeti bizim milli mətbuat üfüqümüzdə parlayan yeni bir ulduzdur.
Bu ulduz gülüstanın qaranlıq pərdələri arxasından boylansa da, bir qəmər (ay
– red.) kimi nurunu uzaqlardan başqa bir münəvvər (işıqlı – red.) mühitdən kəsb
edir. Belə ki, onda hələ Ənvərin həssas qələmindən tökülən incilər görünür. O
qəzetdə hələ də Xəndanın səsi, Səməd Vurğun dünyasının ahəngi duyulur.
“Mədəniyyət” qəzeti bizim sevimli dostlarımızın köməyi sayəsində nəşr olunan
gözəl və bədii bir əsərdir. Bu əsər xüsusilə, gənclər üçün qiymətli bir töhfə və
böyüklər üçün də diqqətəlayiq birf məcmuədir.
“Mədəniyyət”in dəyərli yazıları, gözəl və maraqlı karikaturları oxucularında
dərin duyğular əmələ gətirir.
O məcmuənin 1 və 7-ci səhifələrində Şeyx Şamili təmsil edən iki şəkil fövqəladə
təbii və gözəldir. Lakin iç səhifələrindəki rəsmlər sönük və bir az da anlaşılmaz
olsa da, ümid olunur ki, gələcək saylarda daha aydın rəsmlərlə bəzədilsin.
Xülasə, “Mədəniyyət” hər cəhətdən cəlbedici və gözəl bir nəşrdir. Biz bu qəzetin
davamını arzu edib və onun təsisçiləri üçün də uğur diləyirik.
Sahir
“Azərbaycan” qəzeti, ADF orqanı, Təbriz, say 200, 16 may 1946
Toplayanı və təqdim edəni Səməd Bayramzadə

Şərhlər bağlıdır.