Məhbuslarımızın səsi olaq!

Əziz izləyicər, bildiyiniz ki, keçən ayın sonunda, ADF-Mk-nin siyasi heyəti tərəfindən son vaxtlarda milli fəallarımızın rejim tərəfindən tutuqlanmasına etiraz bəyanatın yayılmışdı və orada qeyd edilmişdi ki,
Keçən il Güney Azərbaycan şəhərlərində baş verən” Azadlıq, Ədalət, Milli Hökümət” şuarlararilə kütləvi etirazlardan sonra, tutuqlanmalar başlayıbdır. İran molla regimi bu dəfə, daha artiq Güney Azərbaycana baskı yapmaqla açiq- aşkar keçən bir ildə baştutan etirazların genişlənməsinin qarşısın almaq üçün, siyasi fəalları cəzalandırmaq nəzərə alıbdır.Bunun üçün şiddəti artmaqla, yeni hücumlara keçərək dəyərli insanlarımızı, o cümlədən İbrahim Rəşidi (Savalan) ,Yürüş Mehrəlibəyli, Kərim İsmayilzadə, və başqaların həbs edibdir.
Şübhəsiz bütün Güney Azərbaycan məhbuslari İran Fars molla regimi tərəfindən dustaqlarda fiziki və ruhi İşgəncələrə məruz qalıblar. Biz Azərbaycan Demokrat Firqəsinin üzvləri, inanırıq ki, İran Fars molla rejimi belə qeyri insani əməllərilə, 45 illik ömründə ən böyük cinatələrə yol açır. Niyə ki Güney Azərbaycan Türk Milləti tarixdə öz sədaqətilə mürərəqqi və təmiz niyyətilə subut edib ki azadlıq və ədalətdən başqa niyyəti yoxdur və bununla digər millətlərə örnək olubdur. Kimsə Azərbaycan Türk millətinin qəhrəmanliğini dana bilməz.1356-ci ildə, 29-Bəhməndə Təbriz qiyamını kimsə unuda bilməz. Təbriz əhalisi dünyayə göstərdi ki, Azərbaycan Milli Hökümətinə qarşı Pəhləvi rejimi tərəfindən edilən sui- qəsd, və qətli-am, unutmayıbdır!!
Təbii ki, bu günkü İran molla Fars rejiminin faşisti əməllərinidə Azərbaycan milləti unutmayacaq! Çox çəkməz Azərbaycan milləti yeni “29 Bəhmən qjyami ” -ni Azadlıq, Ədalət, Milli Hökümət şuarilə meydana gətirib, bir daha nahaq tökülən qanların və siyasi işgəncələrin qisasin alacaq, və xalq düşmənlərindən hesab çəkəcək. O, gün çoxda uzaq deyildir!

ADF-in 31 dekabr 2023-də verdiyi bəyanatında qeyd edilən kimi, bütün Güney Azərbaycan siyasi məhbuslari və milli fəallari qeyd şərtsiz azadlığın tələb edərək, öz ailələrinin və millətinin qucağına qaytarılmasını istəyirik! Yoxsa gec- tez Pəhləvi rejimi tək molla rejiminində tarixin zibil qutusuna atılacaq.

Cavanşir

2024-02-01

1402-10-12

Şərhlər bağlıdır.