Xalqımız İlham Əliyevə ona daha 7 il müddətinə rəhbərliyi etibar etdi

Fevralın 7-də keçirilmiş prezident seçkilərində xalqımız bir daha Azərbaycan Resublikasının
Prezidenti vəzifəsini İlham Heydər oğlu Əliyevə etibar etdi. Digər namizədlərin topladığı 8 faizə
yaxın səs göstərdi ki, onlar hələ belə etimada yaxınlaşmaq üçün xalqa daha yaxın olmalıdırlar.
İlham Əliyevin siyasət, iqtisadiyyat, mədəniyyət, bir sözlə bütün sahələrdə yürütdüyü daxili və
xarici siyasət bir daha göstərib ki, onun son 20 ildə həyata keçirdiyi islahatların alternativi yoxdur.
Biz – Azərbaycanın bu tayını da 80 ilə yaxın özümüzə yurd seçmək məcburiyyətində qaldığımız,
amalını, yolunu davam etdirən insanlar: Azərbaycan Demokrat Firqəsinin üzvləri, mühacirlər, atababa yolu ilə addımlayanlar heç vaxt yoruldum kəlməsini dilə gətirməmişik. Bir vaxtlar Ümummilli
Lider Heydər Əliyevin bizlərə göstərdiyi yüksək diqqət və qayğını unutmamışıq. 2003-cü ildən bəri
isə bu sükan yeni davamlı etibarlı əllərdədir.
Qeyd edək ki, biz dövlət başçısı ifadəsi ilə yanaşı Ali Baş Komandan kəlməsini də məmnuniyyətlə
işlədirik. Çünki bizim sözün əsl mənasında Qalib Ordumuzun Ali Baş Komandanı var. Cənab
Prezident illərlə erməni işğalından əziyyət çəkən torpaqlarımızın azad olunmasında əsl sərkərdəlik
şücaəti nümayiş etdirib. Azərbaycanın bu torpaqlarının da yenidən gülüstana çevrilməsi şəhidlərin
ruhuna ehtiram nümunəsi olacaqdır.
Möhtərəm Prezident, Ali Baş Komandan Sizin həyat kredonuz yeni, daha abad Azərbaycanın
yaradılması ilə nəticələnəcəkdir, bu, şəksizdir!
Yeni Qələbələriniz mübarək olsun!
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri, Əməkdar jurnalist

Şərhlər bağlıdır.