Erməni alimi: “İrəvanın əsl tarixi yer altındadır”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin
Əlibəylinin təqdimatında “İrəvan şəhərinin yer altında gizlədilən tarixi üzə çıxır” adlı süjet
hazırlanıb.
Verilişdə Ermənistan Milli Elmlər Akademiyası əməkdaşlarının təşəbbüsü ilə yer altında olan
İrəvanı “Batmış şəhəri bərpa etmək” adı ilə erməniləşdirmək niyyətindən bəhs olunur.
Bildirilib ki, 1827-ci ildə ruslar İrəvanı işğal etdikdən sonra coğrafi mövqeyinə və yaşayış üçün
şərait imkanlarını buranı for-postda çevirmək istiqamətində işlədilər: “Osmanlı və İrandan
gətirdikləri erməniləri bu ərazidə yerləşdirib, onlara tarix uydurdular və paytaxt qurmağa
başladılar. Ermənilər də bu işdə fəallıq edib gerçək tarixi silmək üçün mədəni, tarixi abidələri,
bütöv məhəllə və yaşayış yerlərini yerlə-yeksan etdilər. Abadlaşmaq adı ilə məscidlər, zadəgan
evləri, karvansara və digər memarlıq incilərini dağıtdılar. İndi İrəvanın şəhər mərkəzinin altında
Azərbaycan türklərinin yaratdığı böyük şəhər mədəniyyətinin inciləri yatır. Qazıntılar zamanı
çıxan izləri tarixi və mədəni cinayətləri üzə çıxmasın deyə, tez ört-basdır edirlər”.
Süjetdə Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Frina Babayanın, Təhsil, elm,
mədəniyyət və idman naziri Arayik Harutyunyanın fikirlərinə yer verilir: “2003-cü ildə Respublika
meydanında İrəvanın orta əsrlərə aid tikililərin aşkar edilməsi gözlənilməz olub. İndi yeni
hökumət İrəvanın orta əsrlər memarlıq keçmişini təkcə gələcək nəsillərə deyil, həm də indiki
nəslə və turistlərə təqdim etmək istəyir. Layihə reallaşarsa, bu, həm də şəhərdə turizmin
inkişafına töhfə verəcək. Hələlik yeraltı məhəlləni bərpa etmək üçün nə qədər vəsait tələb
olunacağı ilə bağlı heç bir hesablama yoxdur”.
Sonda vurğulanıb ki, hökümətin bu layihədən imtina etməsi daha real görünür: “Çünki
qazıntılar altında ermənilərin 200 il ərzində dağıdıb, gizlədikləri Azərbaycan izləri aşkarlanacaq.
Onların yeganə ümidi gerçəyin torpaq altında qalmasınadır. Əks halda tarixi cinayətləri,
vandalizm əməlləri üzə çıxacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının
yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz
qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysızhesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri,
nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü
sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya
ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə
təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan
ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya
ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı
Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.