26 Fevral 2024-cü ildə Xocalı Soyqırımının 32-ci ildönümü münasibətilə,
Amerika Birləşmiş Ştatlarının başkəndi Vaşinqtonda azərbaycanlılar
Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər.
Aksiyada Azərbaycan Demokrat Firqəsinin ABŞ-da yaşayan üzvləri, Xocalı
soyqırımını bəşəriyyət üçün qətliam hesab edən mütərəqqi insanlar iştirak
edəcəklər.
Dünya azərbaycanlılarını aksiyada iştirak etməyə dəvət edirik və öncədən
hər birinizə minnətdarlığımızı bildiririk.
Rəhim Şahbazi,
Azərbaycan Demokrat Firqəsinin ABŞ və Kanadadakı məsulu
Şərhlər bağlıdır.