Təbrizdə təmizlik işçilərinin həyatlarına təhlükə

Son bir ildə Təbrizdə baş verən avtomobil qəzalarında küçələri
təmizləyən 20-dən çox işçi həlak olub. Bu isə onu göstərir ki,
həmin sahədə çalışanların həyatı təhlükə altındadır.
Bu barədə Təbriz bələdiyyəsində çalışan fəhlələrin
nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, küçələri təmizləmək üçün şəhər
rəhbərliyi və bələdiyyə işçilərinin fiziki gücündən yox, bunun
üçün xüsusi istehsal edilmiş texnikadan istifadə etməlidir.
Sözügedən təyinatlı vasitələr Təbrizə gətirilməlidir, işçilər isə
təhlükəsiz mühitdə sükan arxasında işlərini görməlidirlər.
O, əlavə olaraq bildirib ki, sürücülərlə tənbeh tədbirləri icra
edilməlidir. Çünki onların sürətli hərəkət etmələri nəticəsində
son bir il ərzində 21 əməkdaş həyatını itirib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.