İranda ictimai nəqliyyatda gediş haqqı bahalaşır

Tehran Şəhər Şurasının Nəqliyyat Komissiyası bildiriş yayıb. Bildirişdə deyilir
ki, şənbə günündən, aprelin 20-dən metro, avtobus və taksilərdə gediş haqqı
bahalaşacaq. Metroya bir biletin qiyməti 3300 tüməndən 4300 tümənə
artırılacaq. Avtobuslarda isə giriş haqqının bilet qiyməti 22 faiz artımı gözlənilir.
Taksi tariflərində də artım olacaq. Maksimum 45 faiz artım olacağı nəzərdə
tutulur. Beləliklə İranda yeni ilin ikinci ayında da əhali nəqliyyata daha çox pul
sərf edəcəkdir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.