Moləvi Əbdülhəmidin cümə xütbəsi: “Qadınlara şiddət şəriət qanunlarına uzlaşmır”

Zahidan şəhəri sünni icmasının imamı aprelin 19-da cümə namazı
xütbələri zamanı İran hakimiyyətinin qadınlara göstərdiyi şiddətin şəriət
qanunlarına uzlaşmadığını deyib.
Moləvi Əbdülhmid məcburi hicaba qarşı çıxan qadınlara İslama Çağırış (İrşad)
Nazirliyi patrul xidməti məmurlarının göstərdiyi şiddəti ürəy ağrıdıcı adlandırıb.
“Bu hərəkətlər şəriətə uzlaşırmı? Qadınları, kişiləri saxlayır, nalayiq sözlərlə
döyə-döyə aparıb istintaqa çəkirlər. Həbsxanalarda qadınlara göstərilmiş
şiddətləri açıqlayın.
Bu hərəkətrlər şəriətə uyğundursa məni də başa salın”- deyə Möləvi vurğulayıb.
Sistan və Bəluçistan Əyalətinin tanınmış sünni lideri İran hakimiyyətinə təkliflər
edib:
“Qadınlar düşünürlər ki, cəmiyyətdə layiqli yerlərini tutmağa şərait yaradılmır.
Bu barədə müvafiq alimlər və universitet müəllumləri ilə məsləhətləşmə
aparılmalıdır.
Qadınlar çoxlu probemlər və ayrı seçkiliklərlə üzləşirlər”…

Şərhlər bağlıdır.