Marağada Kaneks məktəbi uçdu, müəllim və beş öyrənci yaralandı

Doğu Azərbaycan əyalətinin Marağa şəhərinin “Bağ Yeri” kəndində konteyner
kaneks məktəbin uçması nəticəsində bir müəllim və beş öyrənci xəsarət alaraq
xəstəxanaya köçürülüb.
Azerbaycan-ruznamesi.org İsna-ya istinadən xəbər verir ki, aprelin 7-si bazar
günü günorta saatlarında baş verən bu hadisədə Bağ Yeri kəndindəki bir
məktəb binası güclü külək nəticəsində üçüb və tamamilə dağılıb.
Marağa Təhsil idarəsinin baş direktoru Hüseyin Əkbərinin sözlərinə görə,
uçmuş kaneks 9 ilə yaxındır ki, bu kənddə məktəb kimi istifadə olunur və onun
yapısı daha öncə də zədələnmişdi.
Marağa Təcili Yardım İdarəsinin rəhbəri də bildirib ki, altı yaralıdan ikisi
xəstəxanadan buraxılıb və dörd nəfər hələ də xəstəxanadadır, lakin onların
ümumi vəziyyəti yaxşıdır.
İsnanın sözlərinə görə, hazırda Marağa şəhərində 17 kənd məktəbi var və bu
məktəblərin əksəriyyəti Seracu rayonunda yerləşir. İsna yazıb ki, bu sektorda
orta məktəb və lisey olmaması səbəbindən öyrəncilərin çoxu altıncı sinfə qədər
oxuyur və sonra təhsilini yarımçıq qoyur.
İran Statistika Mərkəzinin son tədris ilində məktəbi tərk etmə nisbəti ilə bağlı
son hesabatı göstərir ki, İranda bir milyona yaxın öyrənci ya ümumiyyətlə
məktəbə daxil olmayıb, ya da daxil olsalar, məktəbi tərk ediblər.
Bu hesabata görə, təhsili tərk edənlərin ən çoxu 15-17 yaş arası
yeniyetmələrdir.
Məclis Tədqiqat Mərkəzi daha öncə 2021-2022-ci tədris ilində məktəbi tərk
edən uşaqların sayını təxminən 911 min nəfər elan etmişdi, lakin İran Statistika
Mərkəzinin hesabatına əsasən, 2020-2021-ci tədris ilində uşaqların təhsili tərk
etmə nisbəti 2022-2023-də yüzəd iki artaraq təxminən 930 minə çatdı.
Öyrəncilərin əksəriyyəti ikinci orta təhsil dönəmində idi. Belə ki, 15-17 yaşlı
əhalinin sayının 3 milyon 552 min 889 nəfər olduğu ötən tədris ilində bu yaş
qrupunda 556 min 994 nəfər təhsili tərk edib.

Şərhlər bağlıdır.