Pakistan da Zeynəbiyunu “terrorçu qrup” adlandırdı

Pakistan Zeynəbiyun qruplaşmasını “terror təşkilatı” elan edib. Bu, İnqilab
Keşikçiləri tərəfindən Suriyada iç savaş başlayandan sonra bu ölkədə
döyüşmək üçün yaradılan Pakistan şiələrindən ibarət milis qrupudur.
İnqilab Keşikçiləri bu bölmədən Suriya prezidenti Bəşər Əsəd hökumətinə
rəqiblərinə qarşı mübarizədə dəstək vermək üçün istifadə edir.
İslam İnqilabı Keşikçiləri Korpusu və Pakistan ordusunun iki ölkə ərazisinə
qarşılıqlı hərbi hücumlarından sonra bu ilin yanvarında Pakistan və İran
arasında münasibətlər görünməmiş gərginliyə daxil olub.
İnqilab Keşikçiləri yanvarın 16-da Pakistanın Bəluçistan əyalətinə hücum
edərək sünni Bəluç qrupunu hədəf aldığını bildirib.
Bu hücuma cavab olaraq Pakistan cümə axşamı, yanvarın 18-də hərbi hücum
həyata keçirərək “terrorçuların mövqelərini” hədəf aldığını bildirib.
Ötən aylarda Tehran və İslamabad arasında gərginliyin artması ilə eyni vaxtda,
2024-cü il yanvarın əvvəlində Pakistanın terrorla mübarizə şöbəsi Zeynəbiyun
qruplaşmasında “təlim keçmişi olan terrorçu”nun həbs olunduğunu elan etdi.
Pakistan bu şəxsin bu ölkənin baş müftisi Təqi Osmaniyə hücumla birbaşa
əlaqəsi olduğunu açıqlamışdı.
O, 8 iyul 2021-ci ildə sui-qəsd nəticəsində öldürülüb.
Bundan əvvəl, 2021-ci ilin yanvarında Pakistan təhlükəsizlik qüvvələri
Pakistanın Sind əyalətində Zeynəbiyun qruplaşması üzvünün həbs edildiyini
elan etdi və onun Pakistanda Zeynəbiyun qruplaşmasına üzvü olmaq ittihamı
ilə iki ayda həbs edilən dördüncü şəxs olduğunu bildirdi.
Pakistan təhlükəsizlik rəsmiləri bildiriblər ki, həbs olunan şəxslər daha öncə
İranda hərbi təlim keçiblər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.