Azərbaycanın Xalq şairi, ədəbiyyatşünas, filoloq alim Balaş Azəroğlunun
Vətənimizin həm o tayında həm bu tayında anım günü qeyd olundu.
Balaş Allahbaxış oğlu Abizadə 11 noyabr 1921-ci ildə Bakıda anadan oldu və
mühacir həyatının kəşməkəşli dövrünü yaşayaraq 2011-ci ildə bu şəhərdə də
dünyasını dəyişdi.
Şair 1938-ci ildə ailəsi ilə birgə Güney Azərbaycanın Ərdəbil şəhərinə köçdüyü
üçün təhsilini orada fars ibtidai məktəbində davam etdirdi. 1941-ci ildə Güney
Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulan Balaş Azəroğlunun
yaradıcılığında siyasi lirika ön plana keçib.
“Vətən yolunda” qəzeti redaksiyasının keçirdiyi bir müsabiqəsində “Səttarxan”
şeirinə görə ödülə layiq görülən şair Azərbaycan Demokratik Firqəsi Ərdəbil
vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin redaktoru, “Şairlər
məclisi”nin Ərdəbil şöbəsinin başçısı olub (1943–1945). Sonra o, Təbrizdə Milli
Hökumət tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr
müavini təyin olunub, eləcə də, Yazıçılar və Şairlər Cəmiyyəti İdarə Heyətinin
üzvü seçilib (1946).
Şairin Ərdəbil və Təbriz şəhərlərində şeir kitabları (1943, 1945) gün üzü görüb.
Balaş Azəroğlu 1947–1952-ci illərdə Bakıda ADU-nun (indiki BDU-nun)
Filologiya fakültəsində təhsil alıb. Eyni zamanda, Güney Azərbaycan Yazıçılar
Cəmiyyətinin sədri vəzifəsində çalışıb.
Uzun illər Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Orta
əsrlər ədəbiyyatı” şöbəsinin baş elmi işçisi işləyən şair, 1981–1991-ci illərdə
Azərbaycan Yazıçılar İttifaqının (indiki AYB-nin) katibi vəzifəsində çalışıb.
Sonrakı illərdə AYB-nin Güney Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin
olunub, AYB Ağsaqqallar Şurasının üzvü seçilib (1991).
Balaş Azəroğlu çoxcildlik “Azərbaycan Ədəbiyyatı”nın həm müəllifidir.
Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasını, Füzulinin bir sıra qəzəllərini
farscadan dilimizə Balaş Azəroğlu çevirib. Şəhriyarın farsca yazdığı əsərlərdən
də bir neçəsini dilimizə o çevirib.
Əsərləri bir sıra dillərə çevrilən şairin “Seçilmiş əsərləri” 1996-cı ildə Tehranda
(ərəb qrafikalı əlifba ilə) yayınlanıb.
Keçmiş SSRİ-nin “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, habelə (milli)
“21 Azər” və digər medallarla, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin
“Fəxri fərman”ı ilə təltif edilən (1960, 1971).
Balaş Azəroğlu, 1997-ci ildə müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq
görülüb.
Sayğılarla anırıq.
Ruhu şad olsun!
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi
Şərhlər bağlıdır.