Sarıdaş şəhər şurasında rüşvət tüğyan edir

İrna dövlət xəbər agentliyi Batı Azərbaycan əyalətinin ədliyyəsinin
ictimaiyyəti ilə əlaqələrinə istinadən Sarıdaş şəhər şurasının daha
beş üzvünün “rüşvət almaq” ittihamı ilə həbs edildiyini açıqlayıb.
Xəbərə görə, həmin şəxslər hazırda işləri ilə bağlı “istintaq”
altındadılar.
Batı Azərbaycan əyalətinin ədliyyə ictimaiyyəti ilə əlaqələr
idarəsinin yaydığı məlumata görə, bundan öncə də Sarıdaş şəhər
şurasının bir üzvü də bu şəhərin bələdiyyəsinə bağlı idarələrindən
birinin rəisi həbs edilib.
Son illərdə İranda Şura üzvləri daxil olmaq üzərə bir çox
məsul korrupsiya və vəzifə səlahiyətlərindən su-istifadə səbəbi ilə
həbs edilib ve vəzifədən kənarlaşdırılıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.