Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə 20 May tarixində Stokholmda “Qobustan”Azərbaycan Aydınlar Ocağının tedbiri

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə 20 May tarixində Stokholmda “Qobustan”dərnəyi – İsveçdə fəaliyyət göstərən “Azərbaycan Aydınlar Ocağı”-nın idarə heyətinin aparıcıları tərəfinin ( Başqan sayın Səadət xanım Kərimli ,Eluca xanım Atalı və Ayda xanım Əmir Haşimi) zəhmətlərilə, öncə anonsda verilmiş kimi, konfrans baş tutdu. Konfransa məruzəçilər Azərbaycan Respublikasından, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Toqidi, filologiya elmləri doktoru, BDU-nun jurnalistika kafedrasının başqanı, professor Qulu Məhərrəmli və Məhəmməd Əmin Rəsulzadənin ailə üzvü Dr. Nazim Rahimov bəy dəvət olunmuşlar. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məruzəçilərdən öncə tarix elmlər doktoru Cavanşir Məmmədov çıxış etdi.Sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa Şöbəsinin başqanı sayın Leyla xanım Hamzayeva konfrans iştirakçılarına xoşgəldiniz deyib ,Komitə adından onlara gözəl çıxışlar arzu etdi.Həmçinin Azərbaycan Respublikası Prezidenti sayın İlham Əliyevin 30 dekabr 2023 tarixində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamını oxundu.  Konfransın davamında
Professor Solmaz xanım Rüstəmova Tohidinin “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi” adlı çox məzmunlu çıxışı rəğbətlə dinlənildi.Digər məruzəçi Professor Qulu bəy Məhərrəmlinin “Mətbuat azadlığı – demokratik dəyər kimi. M.Ə. Rəsulzadənin siyasi-fəlsəfi baxışları kontekstində” çıxışı da iştirakçıların çox marağında old.Başqa məruzəçi Nazim bəy Rəhimov Məhəmməd Əmin Rəsulzadənin ailəsi-qohumları barədə, sürgündən sonrakı həyatı barədə iştirakçılara məlumat verdi. konfransın gedişatında video materyallar iştirakçıların nəzərinə çatdırıldı ki maraqla izlənildi.Tədbirdən bir neçə fotoşəkil :
        

Şərhlər bağlıdır.