Həmədanın daha bir tarixi abidəsi baxımsızlıqdan dağılır.

Həmədanın daha bir tarixi abidəsi baxımsızlıqdan dağılır
Həmədan şəhərinin yaxınlığında, Şəvərin kəndində yerləşən və Qacarlar
dövrünün memarlıq nümunələrindən olan tarixi hamam baxımsızlıq
səbəbindən tamamilə uçmaq təhlükəsi ilə üz-üzədir.
Bu barədə günaz.tv məlumat yayıb.
Onların sözlərinə görə, Qacarlar dövründə Güney Azərbaycanın sayılan
ailələrindən olan Qaragözlülər ailəsi tərəfindən tikilən tarixi hamam bundan
öncə İranın milli əsərlər siyahısnda qeydə alınıb.
Buna baxmayaraq, abidənin təmiri və qorunması üçün hər hansı addım
atılmadığına görə acınacaqlı vəziyyətə düşüb.
“2016-cı ildə burada “Ələlbədəl” adlı televiziya serialının çəkilişi zamanı
tarixi
aidəyə yenidən ciddi ziyan dəyib. Dəyən ziyanların aradan
qaldırılması, yenidənqurma işlərinin aparılması üçün Həmədanın
mədəniyyət xadimləri rəsmi qurumlara müraciət ediblər, ancaq problemin
həlli ilə bağlı tədbir görülməyib”,- mədəni fəalalrın məlumatında bildirilib.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən
Həmədanda onlarla tarixi abidə yox olmaq üzrədir.
Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin
bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

Şərhlər bağlıdır.