Azərbaycan Demokrat Firqəsinin Bəyanatı
Biz Rejimə inana bilmirik
Əziz izləyicilər, dəyərli güneyli vətəndaşlarımız! Bildiyiniz kimi, İran İslam Respublikasının məsul şəxsləri, Rəisi və yoldaşlarının köhnə vertolyot qəzasından sonra 1403-cü il Tir aynın 8-də (iyunun 28-da) növbədənkənar prezident “seçkilərinin” keçirilməsini planlaşdırıblar. Təbii ki, ölkədə qadınların, dini azlıqların (sünni, bahai, Zərdüşt,ələviləri…), müxalifətli fikir sahiblərinin prezident seçilmələrinə icazə verilmədiyi, və hətta sabiq hökumət adamlarının bir çoxu təhlükəsizlik ekranlarından keçə bilmədikləri bir vaxtda, seçkini seçki yox, ancaq seçki şovusu adlandırmaq olar!
On dördüncü prezident seçkisi dövrü, Güneydə Azərbaycanın “Azadlıq ,Ədalət ,Milli, Hökümət” hərəkatı ilə ölkənin başqa bölgələrində “Qadın, Həyat , Azadlıq” hərəkatının şəhidlərinin qanları qurumadan, Parlament “seçkilərində” Rejim tərəfindən geniş mühəndislik və manipulyasiyasından sonra, 13 sabiq prezidntin başlarına nə kimi hadisələr gəldiyini nəzərə alaraq (Bəni Sədrdən tutmuş, Rəcaii, Rəfsəncani, Hatəmi, Musəvi, Əhmədi Nejad, Ruhanı və sonu Rəisi nin faciələrin) bizə çox şeyi aydın olur: Cümhuriyyətin İranda yeri yoxdur!! Necə ki azadlıq və ədalətin yeri yoxdur.Bu təcrübələrdən sonra Rejim Qaza-Hamas və Ukrayna müharibəsindən məğlub olduğu, və iflasa uğradığını gördükdə ölkə daxilində və xaricində legitimliyini itirməsi açıq-aşkar müşahidə olunub.Bu səbəbdən indiki “seçki” oyunlarlnda Rejim çox saylı iştirakçı mənzərəsini və görüntüsünü ortaya qoymaqdadır.
Bir neçə ay öncə keçirilən parlament seçkilərində seçicilərin 10 faizindən azının iştirak etməsinin şahidi olduq.Bu hadisə Rejim ilə bağlı illüziyalarının geniş şəkildə iflasa uğradığını göstərdi. İndi sistemin sehrli fondundan 80-dən çox namizəddən 6-sı peyda olub ki, onlardan 5-i müxtəlif fundamentalist qruplarını, biri isə azərbaycanlı islahatçılar deyiləni təmsil edir!
Belə kombinasiyaya malik “sistem” əslində seçki fonduna daha çox insan cəlb etmək üçün tələ qurub.Onun bu işə ehtiyacı var ki, heç olmasa qüdrətini və bazasının “genişlənməsini” ölkələr və beynəlxalq qurumlar qarşısında göstərmək, həm də xalqın bir hissəsini bir daha aldatmağa çalışa bilsin. Digər tərəfdən, keçmiş etirazlar hərəkatında, rejimə qarşı mərkəzdən qat-qat artıq gücə malik olan milli bölgələr faktorunu öz oyununda istifadə edə bilsin diyə belə tədbirə əl atır.
Lakin xalqımız Güneydə daha təcrübəli və ayıqdır, xüsusilə də ətraf rayonlarda nisbi həyəcan doğuran doktor Məsud Pezeşkiyan “fenomeninə” baxmayaraq, sistemin yeni siyasətinə aldanmayaraq, eyni, “seçki maskasını ifşa edərək, mübarizədə əldə edilən nailiyyətləri qanuniləşdirəməyə çalışacaq. İnanırıq ki, İnsanlar keçmiş təcrübədən daha çox öyrənəcəklər. Aparteid ,şovonist quruluşunun davamı ancaq əzab, bədbəxtlik, səfalət , ayrı-seçkiliyin, işgəncə, edamın, şəxsi həyatın ən özəl sahələrinə müdaxilə, zülmün və ədalətsizliyin davam etməsi deməkdir.Bizcə
boş qutular xalqın bu seçki zarafatına ən yaxşı cavabıdır! Rejiminin hakimiyyəti dövründə 40 ildən artıq təcrübənin göstərdiyi kimi, xalqımızın gecə çörəyindən tutmuş siyasi və sosial azadlıqlara qədər heç bir problemini həll etmək mümkün olmayıbdır.
Bir daha deyirik İran adlanan yerdə xalqlar Şahdan tutmuş indiki rejimədək dəfələrlə “seçki “üzü görüb və hər dəfə-də müəyyən qədər yayınıb, bu dəfədə yeni mənzərənin şahidi olacağığmı? Biz Rejimə inanmırıq! Bəs xalqımız neçə?!
Azərbaycan Demokrat Firqəsinin- MK-nin Siyasi Bürosu
2024-06-20
Şərhlər bağlıdır.