İran prezidentliyinə namizəd və seçkilərin ikinci turunda Məsud Pezeşkianın
rəqibi Səid Cəlilinin seçki qərargahının nümayəndələri Pezeşkiana səs
verənləri eşşək adlandırıblar.
Azerbaycan-ruznamesi.org axar.az-a istinadən bildirir ki, bu barədə yerli
sosial media kanallarında məlumat və videolar yayılıb.
“Mərənddə 95 min səsin 76 mini Məsud Pezeşkiana verilib, açıqca elan
edirəm, təhqir də olsa olsa: Pezeşkiana eşşəklər səs verib”, – Cəlilinin
nümayəndəsi deyib.
Videonun yayılmasından sonra Mərənddə Cəlili və onun seçki qərargahının
nümayəndələrinə qarşı etiraz aksiyası başlayıb, polis qüvvələri aksiyanın
genişlənməsinin qarşısını alıb, bəzi etirazçıları bir neçə saatlığına həbs
edib.
Saxlanılanlar dindirildikdən və aksiya keçirməməklə bağlı yazılı iltizam
alındıqdan sonra sərbəst buraxılıblar.
Şərhlər bağlıdır.