Rabitə işçilərinin iki yerdə etiraz aksiyası

Güney Azərbaycanın Urmu və Təbriz şəhərlərində Rabitə Nazirliyinin
təqaüdə çıxmış işçiləri növbəti dəfə etiraz aksiyası keçiriblər.
Bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb.
İyunun 1-da Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan
təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və
qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını
bildiriblər.
Bildirilib ki, təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə
baxılmasını tələb edən şüarlar səsləndiriblər:
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin
rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin
hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Qeyd edək ki, Rabitə Nazirliyinin təqaüdçüləri bir neçə ildir davamlı şəkildə
eymi tələblərlə aksiya keçirsələr də, bu günə kimi onların problemləri həll
olunmayıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.