Güneyli rejissor : “TARİXİ KOMPLEKSİMİZ MƏHF EDİLİR”

Güneyli rejissor video yaydı:
“TARİXİ KOMPLEKSİMİZ MƏHF EDİLİR”

Aznews.tv xəbər verir ki, Güney azərbaycanlı ekofəal, tanınmış rejissor
Məhəmməd Əlimuradi Azərbaycan mədəniyyəti və tarixi irsinə qarşı
laqeydlik və düşmən münasibət sərgiləndiyini bildirib.
O, bu barədə özünün sosial media hesabında video yayıb.
Rejissor Azərbaycanın Dəmir dövrü sivilizasiya mərkəzlərindən biri olan və
Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) ərazisində yerləşən tarixi
“Suğurluq” kompleksi barədə hazırladığı qısa sənədli filmdə kompleksin
acınacaqlı durumu barədə danışıb.
Əlimuradi İranda adı təhrif edilərək “Təxti Süleyman” adlandırılan
kompleksin tarixinin də dəyişdirildiyini, Azərbaycan və türk kimliyinə
məxsusluğunun aradan qaldırılmasına çalışıldığını deyib.
O, Əhmənilərdən də əvvəlki dövrə aid olan tarixi abidənin farslaşdırılaraq
Sasani sülaləsi dövrünün abidəsi və “Atəşgah” kimi qələmə verilməsinin
əsassız olduğunu bildirib:
“Suğurluq kompleksində Dəmir dövrünün müqəddəs ocaqları istisna
olmaqla, Atəşgah və Zərdüştdən, Sasanilər sülaləsindən əsər-əlamət
yoxdur”.
Azərbaycanlı rejissor kompleksin tarixi və təyinatının saxtalaşdırılmasına
etiraz edib, bunu “fars kimliyi və tarixi yaratmaq layihəsi”nin tərkib hissəsi
adlandırıb:
“Fars-ari tarixi yaratmaq layihəsi çərçivəsində dilimizi və kimliyimizi öz
adlarına sənədləşdirdilər, indi də tarixi abidələrimizi özününküləşdirirlər”.
Güneyli sənətçi sonda “Suğurluq” kompleksinin tarixi və təyinatı barədə
mənbələrə istinadən açıqlamalar verərək, farsların kompleks barədə
iddialarının əsassız olduğunu sübut edir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.