ŞƏRQİ AZƏRBAYCAN XƏSTƏXANALARI YAMAN GÜNDƏDİR

Təbriz Universitetinin rektor müavini Əli Cənnəti yerli mediaya verdiyi
müsahibəsində deyib ki, Şərqi Azərbaycan əyalətində mövcud olan
xəstəxanaların 80 faizinin 60-70 il öncə tikilib və onların yenilənməsi,
yenidən qurulması zəruridir.
Rektor müavini bildirib ki, Şərqi Azərbaycanın 4 milyondan, Təbriz
şəhərinin isə 2 milyondan çox əhalisinin olduğu üçün mövcud köhnə
xəstəxanaların azərbaycanlıların səhiyyə problemlərini həll etməyə qadir
olmadıqlarını söyləyib: -60-70 il əvvəl inşa edilən və ümumilikdə 6 min çarpayısı olan 43
xəstəxananın olması səhiyyə sahəsində ağır vəziyyət hesab edilir və dövlət
bu çatışmazlığın aradan qaldırılması üçün tədbir görməlidir.
Əli Cənnəti, fövqəladə vəziyyətlərdə, o cümələdən zəlzələ baş verəcəyi
təqdirdə əyalətdəki xəstəxanaların vətəndaşlara normal xidmət göstərə
bilməyəcəkləri, özlərinin də dağılacaqları ilə bağlı xəbərdarlıq edib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.