Musa Yaqub hamımızın yerinə yazıb. Hamımız axtarırıq uşaqlığımızı.
Görək tapa bilərikmi?!.. -Çinarların dövrəsində
uşaqlıq axtarıram.
Xatirələrin ünvanı qədərsiz…
Onda kollar yaman tikanlıydı-
paltarıma həris,
Bəlkə bir xatirə ilişib qalıb,
qoy baxım… Nəzirməmməd Zöhrablı
Yaman kövrəlmişəm…
Yaman kövrəlmişəm…
Nə vaxtdan bəri
Uşaqlığım keçən yerləri
dolanıram,
Ağır-ağır, aram-aram.
Mənimlə həmyaş ağacların
pöhrəsində,
Gözüm önündə kötük olmuş
Çinarların dövrəsində
uşaqlıq axtarıram.
Xatirələrin ünvanı qədərsiz…
Onda kollar yaman tikanlıydı-
paltarıma həris,
Bəlkə bir xatirə ilişib qalıb,
qoy baxım.
Onda yollar yapışqanlıydı –
qaloşuma ortaq,
Bəlkə o,tozlara qarışıb qalıb
qoy baxım.
Xatirəmdə araba cağından
sallanıb bir uşaq,
Arabaçı çubuqlayır əlini,qolunu…
Axtarıram onu.
O illər qanadlıydı…
Onda meyvələr də dadlıydı,
Armudların dadında,
Quşların qanadında,
Uşağımın baxışlarında
Axtarıram uşaqlığımı.
Axtarıram-
Çiçək arasında kəpənək kimi
dağda,çəməndə.
Mən burdayam,
O yanda
bir qoca cavanlıq axtarır,
O da axtarır,
mən də.
Hansımızın itkisi ağırdır görəsən?
Eh, nə bilmək olur
keçən ömür
xatirəyə dönəndə…
O da axtarır, mən də….
Şərhlər bağlıdır.