İranın neft ixracı getdikcə yüksəlir

Bidenin dövründə İranın neft ixracı artıb, çünki çoxları Biden administrasiyasının bu sanksiyaları kifayət qədər dəqiq həyata keçirmədiyinə və İranın sanksiyalardan yayındığına inanır.

“Financial Times” qəzetinin 30 apreldə dərc olunan hesabatında Vertska
Energy Analysis Company-nin məlumatlarına istinadən Tehranın bu ilin ilk
3 ayında gündə orta hesabla 1,560 min barel neft ixrac etdiyi bildirilir ki
əksəriyyəti Çinə satılıb. Bu rəqəm 2018-ci ilin üçüncü rübündən bəri ən
yüksək göstəricidir.
“Financial Times” qəzetinin yaxınlarda dərc etdiyi hesabata görə İranın neft
ixracı son 6 ilin ən yüksək səviyyəsinə çataraq bu ölkə 35 milyard dollarlıq
gəlir əldə edib.
ABŞ və Avropa ölkələri İsraili İranla münaqişəni gərginləşdirməkdən
çəkindirmək üçün Tehrana qarşı sanksiyaların yeni mərhələsini nəzərdən
keçirərkən İranın neft ixracı ilə bağlı rekord qıran xəbərlər dərc olunub.
Amerikanın “Rapidin” enerji qrupundan olan “Fernando Ferreyra” iranlıların
sanksiyalardan yayınma məharətinə toxunaraq deyib ki, əgər Biden
administrasiyası həqiqətən də İranın neft gəlirlərini azaltmaq istəyirsə,
diqqətini Çinə yönəltməlidir.
Çinin İran neftinə olan yüksək tələbatına toxunan Reuters daha öncə xəbər
vermişdi ki, İranın 2024-cü ilin mart ayında neft ixracı son 10 ayın ən
yüksək göstəricisinə çatıb və gündəlik orta hesabla 1,61 milyon barel olub.
Bu hesabata görə, İran OPEK-in üçüncü ən böyük istehsalçısı olaraq
gündə təxminən 3 milyon barel neft hasil edir ki, bu da dünyanın ümumi
neft hasilatının yüzdə 3-ni təşkil edir.
Reuters-in məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Donald Trump
2018-ci ildə İranın nüvə sazişindən çıxdıqdan sonra İran neftinə embarqo
daha da güclənib və ölkə İranın neft ixracını məhdudlaşdırmaq və gəlirlərini
azaltmaq üçün dəfələrlə sanksiyalar tətbiq edib.
Lakin Bidenin dövründə İranın neft ixracı artıb, çünki çoxları Biden
administrasiyasının bu sanksiyaları kifayət qədər dəqiq həyata
keçirmədiyinə və İranın sanksiyalardan yayındığına inanır.
Reuters agentliyinin məlumatına görə, İran illərdir gəmiləri təhvil verməklə
və ya tanker ötürücülərini söndürməklə ABŞ sanksiyalarından yayınır.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.