İranlı ekspert “İran “Arsax” a müsahibə verib: ERMƏNİLƏRİ GERİ QAYTARAQ, AZƏRBAYCANLILARA OLMAZ…

İranda yaşayan ermənilərə məxsus HUR Tərcümə və Araşdırmalar
Mərkəzinin “Telegram” kanalı yazıb ki, iranlı ekspert Puya Hüseyn
“Yerkir.am” saytına müsabəsində deyib:
“Arsax” (Qarabağ) ermənilərinin geri qayıtması İran üçün çox vacibdir və
İran rəsmi kanallar vasitəsilə bu haqda danışır. Qafqazdan kənarda etnik
dəyişikliklər İran üçün qəbuledilməzdir. Buna görə də İran Qarabağda
məskunlaşdırılan ermənilərin məcburi deportasiyasını qanunsuz hesab
edir.
İran “Arsax xalqı”nın öz vətənlərinə qayıtmasını və onların
təhlükəsizliyini təmin etmək istəyir”.
Ekspertin sözlərinə görə, Ermənistanın işğal etdiyi torpaqlara
azərbaycanlıların qayıtması da İran üçün qəbuledilməzdir.
“Sünik məsələsi mütləq qaldırılacaq, orada yaşayan azərbaycanlılar
tədricən hüquq, o cümlədən təhlükəsizlik tələb edə bilərlər. Belə olduqda
Türkiyənin hərbi güclə müdaxiləsinə əsas yaranacaq ki, bu da Sünikin
təhlükəsizliyini çox həssas edəcək və Sünikdə zorakılığa zəmin
hazırlayacaq”, – o, əlavə edib
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.