Pərviz müəllim, Ali məktəblərdə yeni tədris ili başlanır. Bu il elm və təhsil ili olaraq
hansı perespektivləri vəd edir?
Bu il əvvəlki illərə nisbətən daha artıq fəallıqın müşaidə olunacagı gözlənilir. Akademik
müəssisələrin ali təhsil müəssisələri ilə inteqrasiyası həm elmi tədqiqarların
genişlənməsinə, həm də ali təhsilin keyfiyyətinə müsbət təsirlərini göstərir. Bunu son
illər müşaidə etmək olur. “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14
iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi ilə Respublikada elm sahəsində
dinamik inkişaf müşaidə olunmaqdadır.
2024-cü ilin ikinci rübündə Azərbaycan milli “H” indeksi reytinqi açıqlandı. Bu
cədvəllərə əsasən məlum olur ki, dünyanın nüfuzlu üç məlumat bazasının (MB)
göstəriciləri əsasında Azərbaycan beynəlxalq “H” indeksi 184 təşkil edir. Bu rəqəm
“Skopus” MB əsasında 172, Web of Science MB əsasında 151, Google Scholar MB
əsasında 229 təşkil edir. Bu rəqəmlərin son beş ildə nə qədər dəyişdiyi və inkişaf
etdiyini ifadə etmək üşün 1997-2017-ci illərdə Azərbaycan milli “H” indeksinin 27 təşkil
etdiyini göstərmək kifayət edər. O zaman ki, həmin iyirmi ilin orta göstəriciləri Türkiyə
üçün 275,Qazaxıstan üçün 68 təşkil edirdi.
Azərbaycan Universitetlərinin 2024-cü il üçün reytinqləri həqiqi mənzərəni nə qədər
ifadə edir və dünyanın qabaqcıl universitetləri ilə rəqabət edə bilmək nə qədər
realdır?
Azərbaycan Universitetlərinin reytinqi əsasən iki istiqamətdə müəyyənləşdirilir.
Beynəlxalq Reytinq mərkəzlərinin müəyyənləşdirdiyi siyahılarla və ölkə daxili reytinq
cədvəlləri ilə. Əslində bu iki qiymətləndirmə formaları biri-biri ilə sıx əlaqəlidir.
Qiymətləndirmə metodikası beynəlxalq qəbul edilmiş alətlərlə hesablanır.
Azəebaycan Milli “H” indeksi reytinqi 2023-cü ildən yayınlamaga başlanılıb. Burada
iştirak edən yüzdən artıq elm və təhsil müəssisələri içərisində Ali məktəblərin reytinq
cədvəlinə Bakı Dövlət Universiteti başçılıq edir. BDU-nun bu qiymətləndirmə
cədvəlinə əsasən reytinqi “Skopus” MB əsasında 70, Web of Science MB əsasında 62,
Google Scholar MB əsasında 112 təşkil edir. Bunlar çox cazidədar rəqəmlərdir və məhz
bu rəqəmlərin nəticəsidir ki, dünyanın nüfusli reytinq mərkəzlərindən olan QS-in 2024
cü il üçün qiymətləndirmə cədvəlində BDU 950-ci yeri tutur.
“H” indeksini düzgün anlamaq üçün bir nümunə göstərim. BDU-nun professoru Mais
Suleymanovun Milli “H” indeksi 106 təşkil edir. Bu o deməkdir ki, alimin beynəlxalq
nüfuzlu elmi jurnallarda ən azı 106 məqaləsi çap olunub ki, o əsərlərin hər birinə dünya
alimləri tərəfindən ən azı 106 elmi istinad edilib. Ümumiyyətlə M.Suleymanovun
əsərlərinə bu günə qədər dünyanın nüfuzlu sahə mütəxəssislərinin 36537 istinad etdiyi
məlumdur. Bu göstərici dünyanın tanınmış fizikləri arasında da çox yüksək göstərici
hesab edilir.
Qeyd etdiyimiz kimi Azəebaycan Milli “H” indeksi reytinqində 2024-cü ilin ikinci
rübünün göstəricilərinə görə təhsil müəssisələri içərisində BDU ön sıradadır. Eləcə də
Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU),
Azərbaycan Dövlət İqtİsad UnİversİtetI, Azərbaycan Tibb Universiteti, Azərbaycan
Texniki Universiteti ilk onluqda yer tutur.
Azərbaycanda həyata keçirilən elmi-tədqiqat işlərinin aktuallıgı və ya əhəmiyyəti
necə qiymətləndirilir. Biz dünyada baş verən akademik proseslərlə rəqabət edə
bilərikmi?
Bu bütün elm sahələri üzrə aparılan tədqiqatlarda aktual problemdir. Etiraf etmək
lazımdır ki, Milli “H” indeksində əldə etdiyimiz əsas göstəricilər Texnika və təbiət
elmləei hesabına formalaşır. Fizika, nanatexnologiyalar, tətbiqi riyaziyyat, kimya,
kompyuter kexnologiyaları sahəsində çap olunmuş məqalələr ən çox elmi istinadlar
toplayır. Sosial-humanitar sahələrdə elmi məqalələr və istinadlar nisbətən azdır. Sosial
humanitar sahələrdə çap olunan məqalələrin elmi cazibədarlıgı da aşagıdır, dünya
alimlərinin diqqətini cəlb etmir. Eləcədə bu sahənin mütəxəssislərinin elmmetrik
alətlərdən düzgün istifadə etmək vərdişləri yoxdur, bir çoxu isə elmi məlimat
bazalarında akademik profillərə malik deyillər.
Azəebaycan Milli “H” indeksi reytinqində mədəniyyət, incəsənət, “audiovizual” sənət
sahələrinin tədqiqatçıları təmsil olunmur. Nəticə olaraq bu vəziyyət Milli indeks
göstəricilərimizin də aşagı düşməsinə səbəb olur.
Müasir elmi-tədqiqat işlərinin qiymətləndirilməsində tətbiqi olan sahələrə əhəmiyyət
verilir. Lakin yanlış düşüncədir ki, ədəbiyyatın, incəsənətin, poeziyanın tətbiqi yoxdur.
Sadəcə olaraq yeni cərəyanlarla tanış olmaq, beynəlxalq elmi müzakirələrə daxil
olmaq, elmi əməkdaşlıqlara açıq olmaq lazımdır. Qlobal akademik platformalar bu kimi
kommunikasiyalara geniş imkanlar yaradır.
Hansı elmi istiqamətlərdə inkişafımız daha qabarıq görsənir?
Hər hansı elm sahəsində təqdim edilən elmi məqalə yalnız o sahənin mütəxəssisləri
tərəfindən qiymətləndirilə bilər. Bu qayda çox qədimdən formalaşıb və akademik etika
normasına çevrilib. Sosial şəbəkələrdə hamı hər şeyi bilir və mövqe bildirir. Sosial
şəbəkələrdən fərqli olaraq akademik platformalarda ciddi akademik etikaya riayət
olunur. Dogrudur ki, akademik platformalarda da saxtakarlıqlar mümkündür. Lakin
bunu uzun müddət ört-basdır etmək mümkün deyil. Az müddətdə mahiyyət üzə çıxır.
Yalnız elmmetrik göstəricilərin təhlili ilə elmi məqalələr, monaqrafiya və digər
akademik əsərlərin qiymətləndirilməsi ilə tədqiqatın cazibədarlıgını müəyyən edə
bilərik. Qlobal Akademik mühitdə informasiya boşlugunu müəyyən edə bilərik.
Azərbaycandan təqdim olunmuş elmi məqalələrin hansı ölkələrdə və hansı elm
sahələri üzrə məqalələrin çox sayda çap olunmasından nəticələr əldə edə bilərik. Bir
çox ümumiləşdirmələr etmək olar. Lakin son nəticədə bir tarixçi məqaləsinə qiymət
verəcək şəxs tarixçilər olmalıdır. Qlobal elmi informasiya məkanında nüfuzlu alimlərin
diqqətini cəlb edəcək məqalələr, xüsusilə də sosial-humanitar sahələrdə çox azdır.
İndeksləşən məlumat bazalarında yerləşən elmi jurnallarda məqalə çap etdirmək hələ
də gənc tədqiqatçılar üçün problem olaraq qalır. Gənc tədqiqatçıların belə
problemlərlə qarşılaşmasını anlamaq olar. Gəncdilər, yeni və diqqətə layiq mövqe
formalaşdırmaqda ilk addımlarını atırlar. Nüfuzlu elmi jurnallar mühafizəkardırlar,
onlar tanınmış alimlərin, imzası olan tədqiqatçıların əsərlərini çap etdirməkdə
maraqlıdırlar. Bu mənzərə aydındır. Lakin tanınmış alimlərin nüfuzlu jurnallarda
məqalə çap etdirə bilməməsi heç nə ilə izah oluna bilməz.
Kazimi Pərviz Firudin oglu
Bakı Dövlət Universiteti,
İnformasiya və sənəd menecmenti fakultəsinin dosenti,
tarix üzrə fəlsəfə doktoru.
Şərhlər bağlıdır.