Azərbaycan-İran sərhədində atışma – Ölən var

Sentyabrın 16-da Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə külli miq
darda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin
qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin
Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının
xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından
Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən
aşkar olunub. Sərhəd pozucularının əllərində silah və yüklərin olması müşahidə
edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi
açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı
silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi
haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah
tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə ye
rində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olmasından
istifadə edərək geri qaçıb.
Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı
1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər
maddə aşkar edilib.
Sərhəd pozucuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sərhəd
zastavasının mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhədboyu zolağa
daxil olmuş Azərbaycan vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü
Məmmədov Adiş Cavad oğlu saxlanılıb, üzərində sərhəd pozucularına vermək
üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub.
Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd
dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar
zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.