Tanınmış azərbaycanlı fotoqraf Reza Deqatini Müdafiə Nazirliyində də
rəğbətlə qarşılayıblar.
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər ki, görüş səmimi
şəraitdə keçib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə R.Deqatiyə Nazirliyin nəşriyyat, multimedia və redaksiya
fəaliyyəti barədə geniş məlumat verilib.
Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında
böyük xidmətlər göstərən R.Deqatinin ölkəmizin ən ağır və faciəvi
günlərində, taleyüklü anlarında xalqımızın yanında olduğu vurğulanıb.
Onun Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də tarixi zəfərdən
sonrakı dövrlərdə erməni vandalizmini və terrorçuluğunu ifşa edən
fəaliyyətindən, Azərbaycanın təbiətini, adət-ənənələrini və mədəniyyətini
təbliğ edən çoxşaxəli işlərindən bəhs edilib.
Müdafiə Nazirliyinin kommunikasiya sahəsində fəaliyyət göstərən bir qrup
heyəti ilə fotoqrafiya sənətinə həsr edilmiş master-klas keçirilib.
İştirakçılara foto sənətinin inkişaf mərhələləri, fotoqrafiyanın tarixi,
janrları, həmçinin müasir foto avadanlıqların imkanları haqqında məlumat
verilib. Fotoqrafiya sənətinin incəliklərindən danışan R.Deqati fotoda əsas
məqamlar olan dokumentalizm, həqiqilik, dolğunluq və reallığa diqqət
yetirilməsinin vacibliyini xüsusi qeyd edib.
Master-klas iştirakçılarına azərbaycanlı fotoqrafın həyat və yaradıcılığını
əks etdirən film təqdim olunub.
Görüş iştirakçılarının çoxsaylı suallarını cavablandıran R.Deqati zəngin
xatirələrini bölüşüb.
Tədbirin sonunda Azərbaycan Ordusunun fəaliyyətini, xüsusilə Vətən
müharibəsi dövrünü əks etdirən fotosərgiyə baxış keçirilib.
Azerbaycan-ruznamesi.org görüşdən görüntüləri təqdim edir.
Şərhlər bağlıdır.