SEPAH generalı köhnə havanı oynayır

Cənab Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeinə zidd mövqe tutub.
Tarixə nəzər salsaq görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək
üçün SSRİ tərəfindən qurulub. Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə
Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır.
Azerbaycan-ruznamesi.org axar.az-a istinadən bildirir ki, bu sözləri SEPAH
generalı və Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Mənsur
Həqiqətpur özünün X hesabında yazıb.
O, Qafqazın 17 şəhərinin İrana qaytarılması üçün ölkədə ümumxalq
hərəkatının yaradılmasına çağırıb.
Qeyd edək ki, M.Həqiqətpur Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi
ilə tanınır. O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı
Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək,
Tehran şəhərindəki “Mərmər” otelində, habelə, Şimrandakı iqamətgahında
Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb
etmişdir.
Həqiqətpur bununla yanaşı Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin
qanunsuz yolla İrana aparılaraq, Azərbaycanda dövlət çevrilişi məqsədilə
ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdir.

Şərhlər bağlıdır.