Sentyabrın 22-də yerli mədəni fəallar təbrizli məktəblilər
arasında Azərbaycan türkcəsində olan kitablar paylayıblar.
Bu barədə yerli sosial media platformalarında məlumat
yayılıb.
Bildirilib ki, bir sıra yerlərdə polis qüvvələrinin buna mane
olmağa çalışmaları valideynlərin etirazları ilə qarşılaşıb.
Qeyd edək ki, hər il yeni təhsil ilinin başlaması ərəfəsində
mədəni fəallar Güney Azərbaycan şəhərlərində uşaqlara
Azərbaycan türkcəsində nəşr olunan kitablar paylayırlar.
Fəallar bu vasitə ilə uşaqların ana dillərində yazlı mətnlərlə
tanış olmalarına çalışır, hakimiyyətin qeyri-fars dillərə qarşı
tətbiq etdiyi təhsil qadağasına etiraz edirlər.
Azerbaycan-ruznamesi.org
Növbəti
Şərhlər bağlıdır.