Litva bu sırada sonuncudur…

Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana “öyüd-nəsihət”
verə bilən axırıncı ölkələrdəndir.
Azerbaycan-ruznamesi.org Musavat.com-a istinadən xəbər verir ki, bu
barədə Qərbi Azərbaycan İcmasının Litvanın xarici işlər naziri Qabrieulius
Landsberqisin Avropa Şurasının Parlament Assambleyasında bir sıra anti
Azərbaycan fikirlərinə cavab olaraq yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Litvanın xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter
almış anti-Azərbaycan fəaliyyəti ikrah doğurur:
“Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar
verəcəm” kimi şit və təkəbbürlü bəyanatlarla Litva naziri özünü və ölkəsini
gülünc vəziyyətə salır. Təəssüf ki, bu gün Qərbdə Azərbaycanofobiya mərəzinə
yoluxmuş, danışdığı sözün mahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs
mütənasib olan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi, diletant
siyasətçi var.
Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemli şəkildə pozan,
vətəndaşsızlıq hallarına səbəb olan Litva Azərbaycana insan hüquqları
mövzusunda nəyisə öyrətmək haqqına sahib deyil. Litva qoy gedib müxtəlif
xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa,
Niderland, Kanada ilə birlikdə Azərbaycana “öyüd-nəsihət verə bilən” axırıncı
ölkələrdəndir”.
Bəyanatda vurğulanıb ki, Reç Pospolitanın xiffətini çəkən litvalı nazir
müstəqilliyini birinci olaraq tanıdıqları Ermənistan rəsmilərinin ən azı sözdə
ifadə etdikləri “mifik Ermənistan”dan “real Ermənistan”a keçid niyyəti kimi “real
Litva”ya keçməlidir.
“Q.Landsberqisin qayıdış hüququnu yalnız etnik ermənilərə aid etməsi,
Ermənistanın etnik təmizləməsinə məruz qalmış bir milyondan artıq
azərbaycanlıya, o cümlədən qərbi azərbaycanlılara qarşı ayrı-seçkiliyin,
qərəzin, onun səlibçi təfəkkürünün göstəricisidir.
Avropa Şurası Parlament Assambleyasının bir ovuc rasist və korrupsioner
üzvünün Azərbaycana girişinə icazə verilməməsi məsələsinə gəldikdə,
vurğulamaq lazımdır ki, suveren bir dövlət kimi onlara giriş qadağası qoymaq
tamamilə Azərbaycanın haqqıdır. Litvalı nazirin bununla bağlı da açıqlamaları
lüzumsuzdur. Həmin addım Azərbaycana və Azərbaycan xalqına qarşı etnik və
dini ayrı-seçkiliyin ifşa edilməsinə və insan hüquqlarının təşviqinə xidmət edir”, – İcmanın bəyanatında bildirilib.

Şərhlər bağlıdır.