“Reuters”: İran körfəz ölkələrini müharibə ilə hədələyib

İran Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni İrana qarşı cavab tədbirlərində İsrailə kömək edəcəyi təqdirdə müharibə ilə hədələyib.
Bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Körfəz ölkələrinin ABŞ-ı xəbərdar etdikdən sonra İsrailin hava məkanlarından istifadə etməsinə icazə vermədiyi iddia olunur.
Bu həftə keçirilən görüşlərdə İran rəsmiləri Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, əgər İsrailə hücumda  kömək edərsə, Ər-Riyadın neft obyektlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcək.
“İranlılar dedilər ki, Körfəz ölkələri öz hava məkanlarını İsrailə açsalar, bu, müharibə aktı olacaq”, – deyə səudiyyəli analitik Əli Şihabi bildirib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.