İranda qızların hamilə qalma yaşı ilə bağlı məhdudiyyət ləğv
edilib. Bundan sora 15 yaşlı qız uşaqları hamilə qala bilər.
Bu barədə İran səhiyyə nazirinin müavini Əlirza Rəisi
məlumat verib.
O, bundan əvvəl tibb kitablarında bu yaşda qızların hamilə
qalması barədə “təhlükəli vəziyyət” sözünün “xüsusi diqqətə
ehtiyacı olan” ifadəsi ilə dəyişdirildiyini deyib.
Qeyd edək ki, bundan əvvəl Əli Xamenei başda olmaqla İran
rəsmiləri, xüsusilə din xadimləri əhalinin sayının artırılması
üçün erkən evliliyin təbliği ilə bağlı göstərişlər veriblər.
Azyaşlıların evlənməsi üçün İran hökuməti xüsusi imtiyazlar
və əvəzsiz kreditlər də nəzərdə tutub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.