Mühacir kürdlərin deputatının milli təhqiri

Son yüzillikdə Azərbaycan ərazilərinə köçən mühacir
kürdlərin Bəykəndi (Bukan) şəhərindən İran məclisinə
deputat göndərilən Qəsım Osmani kürd terrorçuların
tələbləri istiqamətində Azərbaycan türklərini təhqir edib.
Azerbaycan-ruznamesi.org Aznews.tv-yə istinadla xəbər
verir ki, Azərbaycan həqiqətlərini təhrif edən Qəsım
Osmani Azərbaycan əhalisinin 50 faizinin kürd olduğunu
iddia edib və bununla da tələb edib ki, Qərbi Azərbaycan
vilayətinə kürd vali təyin edilməlidir.

Məhəmməd Qəsım Osmani yeni seçilən Qərbi
Azərbaycan valisindən yana olanları pantürk adlandırıb və
Azərbaycan əhalisinin 50%-nin kürd olduğunu iddia edib.
Son həftələrdə adı Qərbi Azərbaycan valisinin seçilməsinə
maneçilik törətməkdə hallanan Bukan nümayəndəsi
Qəsım Osmani dünən İran parlamentində çıxış edib.
Osmani gülünc bir iddia ilə valinin təyinatının
gecikdirilməsinin “Azərbaycan əhalisinin 50 faizini
köçürmək” cəhdi olduğunu və “pantürkist əməllərin
nəticəsi olduğunu” bildirib.

Şərhlər bağlıdır.