Azerbaycan-ruznamesi.org GADTB-yə istinadən xəbər verir ki,
Təbrizdə yaşayan mədəni fəal və Azərbaycan rəqsi müəllimi
Peyman İbrahimi Dinvər Təbriz Məhkəməsinin çağırılıb.
Məhkəmənin çağırış məktubunda o, Azərbaycan rəqsini
öyrətməklə “ictimai əxlaqa və cəmiyyətin tərbiyə qaydalarına
zidd” hərəkət etməkdə günahlandırılıb.
Çağırış məktubunda onun 5 gün ərzində məhkəməyə müraciət
etməsi tələb olunub və əks halda məhkəməyə məcburi şəkildə
gətiriləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Peyman İbrahimi 26 avqust 2023-cü ildə Təbrizdə
həbsb olunub. Həbs zamanı ağır şəkildə döyülən mədəni fəal
oktyabrın 25-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə
qədər sərbəst buraxılıb.
Şərhlər bağlıdır.