“İlna” xəbər agentliyinin yazdığına görə son 4-5 ay ərzində
İranda yaşayış minimumu və qidaya əsaslanan minimum
səbət ən azı 40 faiz artıb. Bəzi yerlərdə isə qiymət artımı
daha çox olub.
Agentliyin məlumatında deyilir: – Deyəsən, qiymət artımı bombası həmişəkindən daha güclü
partlayıb və onun qəlpələri iqtisadiyyatın bütün sahələrinə
yayılıb. Məsud Pezeşkian hökumətinin ilk bir neçə ayında
elektrik və enerji ödənişləri, ət və yumurta, dollar, qızıl və
sikkələr, avtomobillər və mənzillər işıq sürəti ilə bahalaşıb və
inflyasiya bütün sahələri əhatə edib.
İşçi hərəkatı fəalları “İlna”ya açıqlamalarında ölkənin bütün
bölgələrində inflyasiyanın işçi və yoxsul təbəqənin həyatına
ikiqat mənfi təsir göstərdiyini bildiriblər.
“Bu bütün ölkə boyu işçi və aztəminatlı ailələr sarsıdıb. Onlar
məişət problemlərini həll edə, ailə qura bilmir, ev almaq
barədə hətta düşüə də bilmirlər”,- işçi hərəkatı nümayəndəsi
Hüseyn Həbibi deyib.
Qeyd edək ki, noyabrın 2-də İran Prezidenti Məsud
Pezeşkian vəziyyətin pisləşməsini və hakimiyyətin
səriştəsizliyini etiraf edərək, ölkənin müxtəlif problemlərlə üz
üzə olduğunu bildirib.
“Bizim su, işıq, qaz, ekologiya ilə bağlı çoxlu problemlərimiz
var. . Bəzi sahələrdəki tarazsızlıq həddindən artıq təhlükəli
səviyyəyə çatıb”,- Pezeşkian xəbərdarlıq edib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.