Quzğun deputat İranda atom bombası yaratmağa çağırdı

 

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd
Bəxşayeş Ərdəstani “Didar News” saytına müsahibəsində bəyan
edib ki, İran artıq atom bombası yaratmalıdır.
O, atom bombasının yaradılmasını Tehran üçün zərurət adlandırıb.

“Biz artıq qaynayan sanksiya qazanına düşmüşük. Qərb ölkələri
Tehrana bundan artıq sanksiya tətbiq edə bilməz. Əgər biz atom
bombası yaratsaq, ən çoxu altı ay müddətinə gərginlik yaşayacağıq,
daha sonra isə Qərb bizdən niyə nüvə silahı istehsal etdiyimizi
soruşacaq… İranın mütləq nüvə silahına ehtiyacı var, çünki hər
halda biz Yaxın Şərqin lövbəriyik… Çətin ki, Qərb ölkələri bizimlə
müharibə etmək istəyər. İranın yüksək hərbi çəkindirmə
qabiliyyətinə görə ABŞ və İsrail Tehrana hücum etməyəcək”, – deyə
parlament rəsmisi vurğulayıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.