Siyasi məhbuslar da aclıq aksiyasına qoşuldular

Noyabrın 26-da Güney Azərbaycanın Xoy, Urmiya, Sulduz, Ərdəbil, Salmas və
Təbriz şəhərlərinin zindanlarında həbsdə saxlanılan siyasi məhbuslar edam
hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyası keçiriblər.
Bu barədə “Edama yox Kampaniyası”nın yaydığı bəyanatda bildirilib.
Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan
haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək
istəyirlər.
Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın 19 şəhərinin
həbsxanalarında da siyasi məhbuslar eyni tələblə aclıq aksiyasına başlayıblar.
Aclıq aksiyası 44-cü dəfədir ki, hər həftənin ikinci günü keçirilir.
Qeyd edək ki, yeni ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında edam
edilənlərin sayı 820-i keçib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.