İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf deyib:
universitet müəllimlərinin ölkəni tərk etmə halları narahatedici səviyyədə artıb.
Son bir neçə ildə universitet müəllimlərinin 25 faizi mühacirət edib.
Nazir xaricə köçənlər arasında savadlı müəllim və tələbələrin xüsusilə çoxluq
təşkil etdiyini bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian da millət vəkili olduğu vaxt
müəllimlərin ölkəni tərk etmə hallarının artması ilə bağlı bir neçə dəfə
xəbərdarlıq etmişdi.
Müəllimlərin ölkəni tərk etməsi halları xüsusilə fərqli düşünənlərə qarşı
təzyiqlərin artmasından sonra dahada artıb.
Narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son
hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə
görə işdən qovulub.
Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra
ictimai fəallıq göstərən onlarla müəllim barədə “hökumətə qarşı təbliğat” ittihamı
irəli sürülüb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.