“Qələbə” qəzetinin redaktoru Mahmud Ağalarovun 100 illik yubileyi qeyd edilmişdir

SSRİ Jurnalistlər İttifaqının üzvü, Azərbaycanın Əməkdar jurnalist, Qırmızı Əmək Bayrağı ordenli, “Qızıl
qələm” mükafatı laureatı Mahmud Mirdaməd oğlu Ağalarovun anadan olmasının 100 illiyi
münasibətilə keçirilən tədbirdə” Qələbə” qəzetinin kollektivi, veteran qələm sahibləri, yubilyarın
doğmaları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, oxucular iştirak etmişlər.
Salyan Rayon icra hakimiyyətinin dəstəyi ilə rayon tarix- diyarşunaslıq muzeyində keçirilən tədbirdə
öncə Mahmud Ağalarovun, “Qələbə” qəzetinin dünyasını dəyişmiş əməkdaşlarının və ölkəmizin ərazi
bütövlüyünün, suverenliyinin təmin olunmasında şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik
sükutla yad edilmişdir. Tədbirdə yubilyarın jurnalistlik fəaliyyətini özündə əks etdirən foto-slayd
anümayiş etdirilmişdir.
Salyan Rayon “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyan Rayon İcra Hakimiyyəti
başçısı aparatının humanitar və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Məhərrəm
Məmmədov, “Qələbə” qəzetinin sabiq baş redaktoru, Əməkdar müəllim Fərqanə Cəbrayılova, veteran
jurnalist Rəhim Hüseynzadə, rayon ictimai ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi
Piriyev, Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri Nəbi İbrahimov, Salyan Rayon Tarix
Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyl, “Qələbə” qəzetinin əməkdaşları Leyla Nəsirova,
Təyyar Nəsirli, Əzizağa Məmmədli, rayon ziyalıları Vaqif İslamov, Hüseyn Ağayev, şair Zabil Pərviz
Mahmud Ağalarovu gözəl, səmimi, qayğıkeş insan kimi xarakterizə etmiş, onunla bağlı xatirələrindən
söz açmışlar.
Yubilyarın qızı Bahar xanım atasının xatirəsinə göstərilən böyük hörmət və ehtirama görə tədbirin
təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Şərhlər bağlıdır.