İRAN REJİMİNİN QƏRBƏ XİDMƏT EDƏN İKİ ƏSAS
MİSSİYASI
İrandakı molla rejiminin, farslar da daxil, bütün millətlər üçün ağır yük olması
hər keçən gün daha çox aydın olur. Fars hakimiyyəti dövlətin bütün sərvətlərini
gələcəyi olmayan mənasız geopolitik projelərə yönəldir, ölkə əhalisinin sosial
iqtisadi durumunu fəlakətə sürükləyir. Bu, niyə baş verir? Sərvətlər nə üçün fars
rejiminin boyunu aşan geopolitik oyunlara xərclənir? İlk baxışdan məntiqsiz
görünən bu israfların mahiyyətini araşdırmağa çalışaq.
Farslar İran əhalisisnin 25-30 faizini təşkil edir. Bu ölkədəki türklərin sayı isə 40
45 faizdir. Paradoksal vəziyyətdir. Tarix boyu ən böyük imperiyalar qurmuş
türklər, sayca daha az olan farsların yönətimi altındadır. İran adlı kürəsəl
qurğunun mahiyyəti də məhz burda gizlənir. Fars hakimiyyətindəki İran bir proje
dövlətidir. İranda fars hakimiyyəti, min illik türk hakimiyyətindən sonra 1925-ci
ildə Qərb tərəfindən qurulub.
Osmanlı imperiyası çökdükdən və türkçülüyə söykənən Türkiyə
Cümhuriyyəti yarandıqdan sonra, İranda da türk Qacar xanədanının
qalması Qərbin regiondakı maraqları üçün təhlükəli hesab edildi. Böyük
Orta Doğuda iki böyük türk dövlətinin olmasını əngəlləmək üçün türk
Qacar hakimiyyəti devrildi, yerində fars Pəhləvi hakimiyyəti quruldu.
Məlum faktdır ki, İrandakı fars rejimi özü üçün üçün ən böyük təhlükəni türk
dünyasıdan görür. Başqa sözlə, fars hakimiyyətli İran ilk başdan antitürk qalası
kimi yaradılıb. Bu günümüzdə də böyük türk dünyasının birləşməsi yolundakı
ən böyük əngəl fars rejimidir.
İran İslam İnqilabından sonra fars rejiminə yeni missiya verildi. Bu, məzhəb
düşmənçiliyi və İran-İsrail düşmənçiliyi siyasətidir. İranın yeni missiyasının
Qərb üçün əhəmiyyəti idarə olunan konfliktlər yaratmaq, dövlətləri və
məzhəbləri üz-üzə qoyaraq parçalamaq, dünyanın ən zəngin regionu olan
Böyük Orta Doğunu nəzrətdə saxlamaqdır.
Son dövrə qədər fars rejimi üzərinə qoyulan hər iki missiyanı, həm
antitürk missiyasını, həm də məzhəb düşmənçiliyi missiyasını yerinə
yetirib. Bunun müqabilində Qərb ən müxtəlif üsullarla İrandakı fars
hakimiyyətinin ömrünü uzadır. Maraqlar qarşılıqlıdır.
İllər öncə ABŞ dövlət katibinin İran prezidentinə dediyi sözləri yada
salaq: “Bizim dəstəyimiz olmasa bütün İran iki həftəyə türkcə danışar”.
Əsəd rejiminin devrilməsi ilə İran yüz milyardlarla dollar para xərclədiyi məzhəb
düşmənçiliyi proyektini batırdı. Yəni, fars rejiminin üstləndiyi iki böyük
missiyadan biri sıfırlandı. Aldığı bu böyük yenilgidən sonra rəsmi Tehranın
davranışlarında ciddi dəyişiklik meydana gəlib. Həm dini lider Xamenei, həm də
XİN rəhbəri Əraqçı Suriya gənclərini Türkiyənin Suriyada qurduğu yeni düzənə
qarşı itaətsizliyə çağırır, Türkiyəni hədəf alırlar.
Birbaşa İran dövləti tərəfindən maliyyələşən “Press Tv” kanalı isə fars
hakimiyyətinin antitürk siyasətini rəsmən elan edib. Televiziya kanalın
baş direktoru Mehdi Xanəlizadə deyib: “Türkiyə kürd separatçılarına qarşı
mübarizə aparır. Türkiyəni zəflətmək üçün ABŞ ilə birlikdə PKK/YPG-yə dəstək
verməliyik”.
Kürd separatizmi məsələsində ABŞ ilə Türkiyəyə qarşı müttəfiq olmaq, həm də
İsraillə müttəfiq olmaq deməkdir. Əslində, PKK-ya dəstək məsələsində ABŞ
İsrail-İran işbirliyi pərdə arxasında hər zaman olub. Bu gün sadəcə, pərdələr
qaldırılır, rəsmi Tehran özünün antitürk siyasətinini açıq müstəviyə keçirir.
“Press Tv” rəhbərinin açıqlaması ilə yanaşı, İran ayatullaları da Türkiyəyə və
Azərbaycana qarşı sərt qarayaxma kampaniyaları başladıb. Kampaniyanı
başladan ayatulla Amili dini lider Əli Xameneinin nümayəndəsidir.
Sual yaranır: Tehran rejimi üstüörtülü şəkildə aparmağa çalışdığı antitürk
siyasətini niyə açığa çıxarır və bunu rəsmi dövlət siyasətinə çevirir? Bu addımla
fars rejimi iki mühüm hədəf güdür.
Birinci hədəf Qərbə yönəlik mesaj göndərməkdir. Məzhəb düşmənçiliyi və
“Şiə Hilalı” projesini batırmaqla Tehran rejimi Qərb qarşısındakı
əhəmiyyətini böyük ölçüdə itirdi. Məlum məsələdir ki, Qərb üçün
əhəmiyyətini itirdinsə, aldığın dəstəyini də itirəcəksən. Həmin dəstəyi tam
itirməmək üçün rəsmi Tehran ikinci missiyasını qabardır və Qərbə “antitürk
siyasətində qərarlıyam, türk dünyasının birləşməsini əngəlləmək üçün məndən
dəstəyinizi kəsməyin siqnalını verir.
İkinci hədəf isə İranın daxilində yaşayan türklər üzərindəki basqıları
artırmaqdır. Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasətini
pompalamaqla fars rejimi bir tərəfdən İran türkləri ilə qonşu türk dövlətləri
arasında aşılmaz sədd yaratmağa çalışır, digər tərəfdən isə İranın daxilindəki
türk fəallarını qorxudub susdurmağa cəhd edir.
İranın antitürk məsələsini düşmənçilik həddinə qaldırmasına baxmayaraq,
Azərbaycan və Türkiyə İranla münasibətlərində təmkinli davranırlar. Amma bu
təmkinlilik “heç nə etmirik” anlamına gəlmir. Türklər İranın regiondakı çox bahalı
projelərini bir-bir sıradan çıxarır, İranı öz daxilinə çəkilməyə məcbur edirlər.
Üstəlik, bu günlərdə Türkiyə dövlət tele-radio qurumu TRT-Farsca telekanalının
fəaliyyətinə start verib. Türk təbliğatı İranın içinə açılır. Yabançı dildə telekanal
açmaq xeyli bahalı işdir.
Türkiyə bu bahalı və iddialı addıma qərar verirsə, deməli qarşıda görüləsi
böyük işlər var. Qorbaçovun ifadəsi ilə desək “proses başlandı” və İranın
yenidən türk dövlətinə çevrilməsi və ya parçalanması prosesi
qarşısıalınmaz mərhələyə qədəm qoyur. Beləliklə, aşkar antitürk
düşmənçiliyinə start verməklə, rəsmi Tehran, Qərbin layihəsi olan fars
rejiminin süqutunu yaxınlaşdırır, bu ölkədə türklərin yenidən hakimiyyətə
sahib olması və ya müstəqil bir dövlət yaradaraq İrandan ayrılması
prosesinin fitilini yandırır.
İran mediasının materialları əsasında
Şərhlər bağlıdır.