Bu prosesə Urmu Şəhər Şurasının qərarı ilə başlanılıb. Şəhərin qədim
məhəllələrində əski türk adları olan lövhələr yeniləşdirilir.
Şəhər Şurasının son iclasında şəhərin tarixi və mədəni kimliyini qoruyub
saxlamaq üçün mühüm qərarlar qəbul olunub. Bunlardan biri də Urmunun tarixi
məhəllələri üçün küçələrin tarixi adları olan lövhələrin quraşdırılmasıdır.
“Əhəndost-Şura-Vərzeş” kəsişmə körpüsünün tikildikdən sonra Azərbaycan
musiqisinin böyük simalarından olan Səfiəddin Urməvi şərəfinə adlandırılması
qərara alınıb.
Digər mühüm qərar, Salmas yoluna xalq qəhrəmanı Kazım Xan Quşçunun
adının verilməsidir. Onun hava limanı meydanında heykəlinin ucaldılması da
planlaşdırılır.
Onu da deyək ki, Urmu Bələdiyyəsi də 2014-cü ildə də Urmu şəhərində bəzi
küçə və yerlərin türkcə adlarını bərpa etmiş və şəhərin hər yerində bu yerlərin
tarixi-türk adları həkk olunmuş lövhələr quraşdırmışdı.
A
Şərhlər bağlıdır.