İraqda daha bir vəhşi qanun qəbul edilib: 9 yaşından kiçik uşaqların nikahına
icazə veriləcək.
Bu barədə “The Guardian” məlumat yayıb.
Yeni qanun 1950-ci illərdən bəri 18 yaşına çatmamış uşaqların nikahına
qoyulmuş əvvəlki qadağanı ləğv edir.
Dəyişikliklər İslam məhkəmələrinə evlilik, boşanma və vərəsəlik də daxil
olmaqla ailə məsələlərində artan səlahiyyətlər verir.
Onu da deyək ki, İraq qanunları hazırda əksər hallarda nikah üçün minimum
yaş həddi 18-i müəyyən edir. Ötən gün qəbul edilən dəyişikliklər, din
xadimlərinin İslam qanunlarını şərhlərinə uyğun idarə etmələrinə imkan
verəcək, bəziləri isə qızların erkən yeniyetməlik dövründə və ya İraqda bir çox
şiə dini qurumlarına uyğun olan Cəfəri İslam hüququ məktəbinə əsasən 9
yaşında ərə verilməsinə icazə verir.
Fəallar iddia edir ki, bu, İraqın 1959-cu ildə ailə qanunlarını birləşdirən və
qadınlar üçün təminatları müəyyən edən Şəxsi Vəziyyət Qanununu pozur.
İraq parlamentinin deputatları və qadın haqları qrupları parlamentin 9 yaşından
kiçik uşaqların evlənməsinə icazə verən qanunu qəbul etməsinə dəhşətlə
reaksiya verib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.