İranda 57 milyard dollarlıq qalmaqal

keçmiş deputat hökuməti kəskin tənqid etdi

İranda korrupsiyanın ümumi məbləği 57 milyard dollar qiymətləndirilir. Bu
barədə məlumat yayan “Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu İran
parlamentinin keçmiş üzvü və Əllamə Təbatəbai Universitetinin professoru
Hişmətullah Fəlahətpişe deyib.
Keçmiş deputatın sözlərinə görə, ölkədə hər ay daha böyük korrupsiya xəbərləri
olacaq. “İranda iri mənimsəmələrdə baş verən oğurluqların ümumi məbləği 57
milyard dollardan çox qiymətləndirilir. Bu rəqəm Cənubi Koreyanın Beynəlxalq
Valyuta Fondundan götürdüyü ümumi kreditə bərabərdir və müflisləşmiş
iqtisadiyyatını xilas etməklə yanaşı, dünyanın ən yaxşı iqtisadiyyatına sahib 10
ölkədən birinə çevrilib”, – deyə H.Fəlahətpişe bildirib.
Hakimiyyət rəsmilərinin yanaşma tərzinin daha böyük korrupsiya hallarına yol
açacağını deyən parlamentin keçmiş üzvü ifşa edilən böyük korrupsiya halları
qarşısında İbrahim Rəisi hökuməti və parlamentin səssiz qalmasını da kəskin
tənqid edib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.