Xamənei dollardan imtinaya çağırdı, neçənci dəfə?

Bu gün bizim iqtisadi sahədəki ən böyük problemlərimizdən biri dollardır.
Bunu İran rəhbəri Əli Xamnei bü gün istehsalçılar və iş adamları ilə keçirdiyi
görüşdə deyib və onları dollardan asılılığı azaltmağa çağırıb.
“BRİKS-in maliyyə sistemi və onun üzvü olan ölkələrin valyutaları ilə həyata
keçiriləcək maliyyə mübadilələri bu problemin həllinə çox kömək edəcək”,- İran
rəhbəri ümid edib.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimindən sonra İranda dollar
yenidən bahalaşaraq, azad bazarda hər 1 ABŞ dolları 82 min 700 tümənə
satılıb.
Tramp adminstrasiyasının İrana qarşı maksimum təzyiq göstərəcəyi və
sanksiyaları artacağı barədə bəyanatlardan sonra, İran pulunun dollara
nisbətdə dəyərinin dahada azalacağı gözlənilir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.