“Financial Times” (FT) ABŞ-ın yeni Prezidenti Donald Trampın prezidentliyi
dövründə dünya nizamının necə dəyişə biləcəyini təhlil edib.
Nəşr ABŞ liderinin beynəlxalq nizamın bütün elementlərinə meydan oxuduğunu
yazıb.
Tramp dövründə hadisələrin inkişafının beş mümkün ssenarisi var.
Böyük dövlətlərlə yeni müqavilə
ABŞ Rusiya və Çinlə müqavilələr bağlayır, onların təsir dairələrini qəbul edir və bu bölgələrdə onların hökmranlığını tanıyır. Məsələn, Tramp təhlükəsizlik zəmanəti verilmədən Ukraynanı Rusiya ilə sülh sazişini imzalamağa məcbur edir. Rusiyaya qarşı sanksiyalar yumşaldılır və Prezident Vladimir Putin Trampın Mar-a-Laqo iqamətgahına dəvət edilir.
Çinlə ticarət sahəsində güzəştli sövdələşmə imzalanır. Tramp, həmçinin
Tayvanı qorumaq üçün döyüşməkdə maraqlı olmadığını nümayiş etdirir. ABŞ
ın Avropa və Asiyadakı müttəfiqləri yeni qeyri-sabitlik şəraitində öz
müdafiələrini təmin etmək yollarını tapmağa məcbur olurlar.
Təsadüfi müharibə
Ticari-siyasi münaqişələr Qərbi zəiflədir. Çin, Rusiya və ya Şimali Koreya arasında hər hansı mümkün birləşməsindən sonra ABŞ-ın iştirakı ilə müharibə başlayır.
Lidersiz dünyada anarxiya
Trampın ticarət, təhlükəsizlik və beynəlxalq qurumlarla bağlı “Öncə Amerika” siyasəti liderlik boşluğu yaradır. Sudan və Myanma kimi ölkələrdə vətəndaş qarşıdurmaları güclənir, Qərbə qaçqın axını artır, populist qüvvələr mövqelərini möhkəmləndirirlər. Getdikcə daha çox ölkə zorakı anarxiyaya doğru sürüşür.
Liberal demokratiyaya yuxarıdan aşağı baxan populist partiyalar sosial-iqtisadi
etibarsızlıq mühitində inkişaf edirlər.
Amerikasız qloballaşma
ABŞ Ümumdünya Ticarət Təşkilatından çıxır və proteksionist tariflər tətbiq edir.
Avropa İttifaqı Latın Amerikası ilə yeni ticarət sazişini ratifikasiya edir, Hindistan
və Çinlə yeni müqavilələr imzalayır. Avropa, həmçinin Çinin Aİ ərazisində
fabriklər açması və Rusiyanın Avropaya təcavüzünün qarşısını almaq
müqabilində öz bazarını Çinin elektrik avtomobillərinə və yaşıl texnologiyalara
açır.
Qlobal Cənubun Çin iqtisadiyyatı ilə inteqrasiyası dərinləşir və BRICS ölkələri
yeni üzvlər qazanaraq, təsirlərini artırır. Dolların dünya valyutası kimi istifadəsi
getdikcə azalır.
“Öncə Amerika” ideyası uğur qazanır
Trampın Amerika gücünün yenilməzliyinə inamı təsdiqlənir. İnvestisiyalar ABŞ
a axır, Amerikanın texnologiya və maliyyə sahəsində liderliyini artırır.
Avropalılar və yaponlar öz müdafiə xərclərini kəskin şəkildə artırırlar və bu,
Rusiya və Çin təcavüzünün qarşısını almaq üçün kifayətdir.
Amerika tarifləri Çinin artımını kəskin şəkildə azaldır və Çin sistemində böhrana
səbəb olur. İran rejimi nəhayət hərbi, iqtisadi və daxili təzyiqlərin birləşməsi
nəticəsində devrilir. Trampın nüfuzu həm ABŞ-da, həm də xaricdə yüksəlir.
Amerika liberalları susdurulur, Trampın bəzi düşmənləri həbs edilir. Fond
bazarı yeni zirvəyə çatır.
FT qeyd edir ki, növbəti dörd ilin reallığı yuxarıda göstərilən bütün ssenarilərin
və ya bir neçə digər gözlənilməz halların qəribə qarışığı olacaq.
Mənsur Rəğbətoğlu
Şərhlər bağlıdır.