Firidun Ağazadə -75

İmaş babam deyərdi
“Savalan kök atıb yerin altından,
Kökündən Zuvandda Qızyurdu bitib.
Keçib həsrətlərin yeddi qatından
Bu Savalan kökü dərinə gedib,
bala, dərinə gedib”.
Babam düz deyirmiş, sonralar bildim,
Dağlar bitə bilər, göyərə bilər.
Eh, mənə dəyməyin, mənə dəyməyin
Zuvandda budağım ağrıya bilər,
Savalanda köküm göynəyə bilər.
Zuvandda kəhrizlər var
Zuvandda kəhrizlərə
Savalandan su gəlir.
Lağım-lağım döyünən
Kəhrizlərin suyundan
Həsrət qoxusu gəlir.
Suların sərinliyi
Diş-dodağı göynədir.
Ürəklərin başını
Həsrət dağı göynədir.
Guya həmişəlikdir,
Gəlib həyətimizdə,
Gəlib qapımızdaca
Lövbər salıb bu həsrət.
Arazdan şahə qalxıb,
Zuvandda zirvələrə
ucalıb bu həsrət…

Şərhlər bağlıdır.