İranda “itən” milyardlar

İranda ixrac olunan məhsulların statistikası ilə bağlı ciddi fərqlər və 9 milyard
dollar ixracat pulu məsələsi ortaya çıxıb.
Petrşimiya Sahibkarlar Assosiasiyasının müavini Fəribəz Kərimayi, gömrük
statistikası ilə assosiasiya arasındakı milyardlarla dollar fərqi haqqında
“Tabnak” qəzetinə verdiyi açıqlamada bu məsələnin izahını verdi: Assosiasiya
və Milli Petroşimiya Sənayesi Şirkətinin statistikalarına əsasən, 9 ay ərzində
petrokimya məhsullarının ixracı 23.9 milyon ton olub və bu, 10.4 milyard dollar
dəyərindədir.
Fəribəz Kərimayi bildirdi ki, gömrük statistikası isə 50.7 milyon ton və 19.7
milyard dollar ixracı göstərir. Bu o deməkdir ki, 26.8 milyon ton məhsul, 9.3
milyard dollar dəyərində, petrokimya adı altında ixrac edilib, amma bu
məhsullar petrokimya şirkətləri ilə əlaqəli deyil.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.