İranda Kürd Dili Akademiyası qurulur- bəs azərbaycanlılaarın?!

Bu xəbəri Kürdüstan əyalətinin valisi Arəş Zirehtən Ləhuni məlumat verib.
O, media nümayəndələri ilə görüşündə deyib ki, bu barədə təşəbbüs Kürdüstan Universitetinin müəllimləri tərəfindən irəli sürülüb.
“Bu əyalətdə xidmət müddəti bitənə qədər Sənəndəcdə fars dili akademiyasından sonra ölkənin ikinci akademiyasının yaradılması üçün səylərimi davam etdirəcəyəm”,- deyə vali bildirib.
Arəş Zirehtən Ləhuni Mərirvan şəhərində kürd adlarının bərpası üçün yaxşı addımların atıldığını və Kürd Dili Akademiyasının nəzarəti altında bu işin davam etdirilməsini nəzərdə tutduqlarını söyləyib.
Illər əvvəl İranda Türk Dili Akademiyasının qurulması ilə bağlı təkliflər irəli sürülüb. Həsən Ruhani prezident seçkiləri ərəfəsində bu akademiyanın təsis edilməsinə dəstək verəcəyini bildirsə də, seçkidən sonra bu vəd unudulub.
Oxşar təşəbbüs İbrahim Rəisinin prezident seçkiləri kampaniyasında da qaldırılmış olsa da və bu günə kimi bu istiqamətdə heç bir iş görülməyib.
Onu da deyək ki, kürd dili üçün işıq görsənir. Bəs Azərbaycan dili nə vaxt yada düşəcək?!
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.