Human Rights Watch: İran güneyli fəallara qarşı ittihamları ləğv etməli və onları azadlığa buraxmalıdır
İnsan hüquqları ilə bağlı araşdırma və təbliğat aparan “Human Rights Watch”
Təşkilatı bu gün İranı həbsdə olan güneyli fəallar barəsindəki bütün əsassız
ittihamları ləğv etməyə və onları sərbəst buraxmağa çağırıb.
Təşkilat bəyanat yayaraq, güneyli fəallara qarşı Apellyasiya Məhkəməsi
tərəfindən qüvvədə saxlanılan hökmlərin qəddar hakim Əbülqasım Sələvati
tərəfindən təsdiqlənməsinə toxunub və bildirib ki, bu repressiya vətəndaş
cəmiyyətini əzmək və etnik qrupların hüquqlarını tələb etməsinə mane
olmaqdır.
Qeyd olunub ki, ən azı 20 Güney Azərbaycan sakini “dövlət quruluşuna qarşı
təbliğat aparmaq”, “toplaşmaq və əlbir olmaq” və “casusluq”da günahlandırılıb.
P.S: Radio Farda-da yayımlanan bu haqlı çağırışa “Azerbaycan
ruznamesi.org”-da qoşulur.
Şərhlər bağlıdır.