“Hizbullah” terror qruplaşmasının səhra komandiri Abbas Haydar partlayış
zamanı ölüb.
Azerbaycan-ruznamesi.org lent.az-a istinadən bildirir ki, hadisə Livanın
cənubunda yerləşən Tahir Xərfa kəndində baş verib. Qeyd olunur ki, qruplaşma
komandiri hücuma hazırlaşdığı özünün partlayıcı qurğusu ilə partladılıb.
Məlumata görə, səhər saatlarında Haydarın evində güclü partlayış baş verib.
Nəticədə yaraqlının özü, dostu və terrorçunun uşağı da daxil olmaqla azı dörd
nəfər həlak olub.
Livanın rəsmi İnformasiya Nazirliyi bildirib ki, Haydar payız hücumlarından
qalan partlamamış İsrail raketi ilə partladılıb. Daha sonra belə bir versiya ortaya
çıxdı ki, İsrail terrorçunun evində kürsüyə bomba qoyub.
Bununla belə, son aydınlığı IDF-nin (İsrail Müdafiə Qüvvələri) ərəbcə
nümayəndəsi polkovnik Aviçai Adrai gətirib. O bildirib ki, partlayış Haydarın
özünün səhvi ucbatından baş verib:
“Partlayıcı qurğu terror aktı törətmək üçün nəzərdə tutulmuşdu, lakin vaxtından
əvvəl işə düşüb və Haydarı ailə üzvləri ilə birlikdə öldürüb”.
Şərhlər bağlıdır.